loader image

Dia.edu.az

  • 02.07.2020 - 10:00
  • Bakı, Azərbaycan

2020/2021-ci tədris ilində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına (DİA) qəbul olan magistrantların nəzərinə

Mövcud vəziyyətlə əlaqədar olaraq DİA rəhbərliyinin qərarı ilə 2020/2021-ci tədris ili üzrə magistraturaya sənədlərin qəbulu onlayn qaydada həyata keçiriləcək.

Magistraturaya qəbul olunan magistrantlar qeydiyyat üçün aşağıda göstərilən sənədləri skan edilmiş formada iyul ayının 6-dan iyul ayının 15-dək  qeydiyyat@dia.edu.az ünvanına göndərməlidirlər.

SƏNƏDLƏRİN SİYAHISI:

1.  Elektron ərizəyə daxil olmaq üçün iş nömrəsi və şəxsi kabinetinin istifadəçi adı

2.  Telefon nömrəsi (özünün və valideynlərindən birinin)

3.  Şəxsiyyət vəsiqəsi

4.  Bakalavr diplomunun əsli, diploma əlavə və 2020-ci ilin məzunları üçün diplomu əvəz edən arayış.

5.  Sağlamlıq haqqında arayış (şəkilli)

6.  Rəngli fotoşəkil (3×4, jpg, png və ya pdf formatında )

7. Tərcümeyi-hal (Aydın və səliqəli yazılmalı, əlyazma şəklində olmalı. Özü barədə ətraflı məlumat verib, ailə üzvlərini bir-bir sadalamaqla təvəllüd, doğulduğu şəhər, hal-hazırda işlədikləri yer və tutduqları vəzifələri göstərməli, tarix və imza qoyulmalı)

8.   Ödənişli əsaslarla qəbul olunan tələbələr üçün ödənişi təsdiq edən qəbz. (Ödənişli əsaslarla qəbul olunanların müraciəti əsasında onlara email vasitəsi ilə bank rekvizitləri göndəriləcək.)

9.  Əlavə sənədlər (şəhid ailəsi, məcburi köçkün və qaçqın olması haqqında, özünün və valideynlərinin əlilliyi haqqında sənədlər (notarial təsdiq), xidməti başa vuranların hərbi bileti(notarial təsdiq) , hərbi xidmətə çağırış vərəqi)

Akademiyaya ödənişli əsaslarla qəbul olmuş aşağıdakı şəxslər lazımi sənədləri

təqdim etməklə ödənişdən azad oluna bilərlər:

1. Dövlətin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların övladları (20 yanvar və Qarabağ müharibəsi şəhidləri) – şəhid ailəsi olması haqqında vəsiqə (notarial təsdiq);

2. Məcburi köçkünlərin övladları – tələbənin və valideynlərinin məcburi köçkün olması haqqında vəsiqələri (notarial təsdiq);

3. Valideyn himayəsindən məhrum olan şəxslər (habelə bir valideynini itirmiş, digər valideyni I və II qrup əlil olan şəxslər) – valideynlərdən hər hansı birini itirməsi və digərinin əlilliyi olması haqqında vəsiqələr (notarial təsdiq);

4. Əlillik dərəcəsi (I və II qrup) olan gənclər – əlillik dərəcəsinin olması haqqında vəsiqə (notarial təsdiq);

Qeyd 1: Sənədləri email vasitəsilə göndərərkən mövzu hissəsinə ad, soyad və ata adını qeyd edin.

Qeyd 2: Bütün sənədlər bir emaildə göndərilməli və müvafiq olaraq adlandırılmalıdır.

EVENT INFO :

  • Start Date:02.07.2020
  • Start Time:10:00
  • End Date:02.07.2020
  • Location:Bakı, Azərbaycan