loader image

Dia.edu.az

  • 05.09.2023 - 00:00

SƏNƏD QƏBULU

2023-2024-cü tədris ili

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavriatura səviyyəsinə qəbul olmuş şəxslər 2023-cü il 05 sentyabr saat 11:00-dan  14 sentyabr saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, abituriyentlər ilk növbədə   https://portal.edu.az/   platformasında qeydiyyatdan keçib şəxsi kabinet yaratmalı, daha sonra, yaradılmış kabinetə daxil olub təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək, lazım olan məlumatları daxil edib, müraciəti göndərməlidirlər.

QEYD 1. Abituryentlərin şəxsi və təhsil məlumatları portalda qeyd olunduğu üçün portala əlavə sənəd yükləməyə ehtiyac yoxdur.

Ödənişli əsaslarla qəbul olan tələbələr, lazımi məlumatları daxil edib müraciəti göndərdikdən sonra portal vasitəsilə ali təhsil müəssisəsi tərəfindən həmin tələbəyə ödəniş etməli olduğu bildiriləcək. Bundan sonra tələbə aşağıdakılardan biri vasitəsilə ödəniş edə bilər:

1) Tələbə şəxsi kabineti ilə ödəniş edə bilər.

2) Tələbə “gpp.az” saytında FİN və ya invoys vasitəsilə ödəniş edə bilər.
Bunun üçün gpp.az saytına daxil olmaq, bütün xidmətlərdən TƏHSİL
seçmək, sonra ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ xidmətinə sıxmaq lazımdır.
Açılan səhifədə müvafiq məlumatlar daxil edilməlidir. Daha sonra ödəniş icra edilə bilər.

3) Tələbələrə ödəniş edilməlidir statusu təyin edildikdən sonra tələbələr banka yaxınlaşaraq Hökumət ödəniş portalı (HÖP) üzərindən ödəniş etmək istədiyini bildirir, FİN və ya ATİS-də formalaşan invoysu təqdim edərək ödəniş edə bilər.

QEYD 2. Tələbənin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir və onun qəbul əmri təhsil müəssisəsinə göndərilmir.

 

DIQQƏT: portal.edu.az saytından qeydiyyatdan keçən tələbələr TƏDRİS İLİ BAŞLADIQDAN SONRA (15 sentyabrdan sonra) aşağıdakı sənədləri Akademiyaya təqdim etməlidirlər:

 

  1. Attestatın (tam orta təhsil) əsli və sürəti;
  2. Şəxsiyyət vəsiqəsinin sürəti 2 nüsxə
  3. 3×4ə 4 ədəd şəkil,
  4. Tibbi arayış (şəkilli);
  5. Tərcümeyi-hal (Aydın və səliqəli yazılmalı, əlyazma şəklində olmalı, özü barədə ətraflı məlumat verib, ailə üzvlərini bir-bir sadalamaqla təvəllüd, doğulduğu yer, hal-hazırda işlədikləri yer və tutduqları vəzifələri göstərilməli);
  6. Həmçinin,  Akademiyaya ödənişli əsaslarla qəbul olmuş, lakin güzəştli
    kateqoriyaya daxil olduğu üçün ödənişdən azad olan tələbələr müvafiq sənədin notarial təsdiq olunmuş sürətini (Dövlətin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların övladları (20 yanvar və Qarabağ müharibəsi şəhidləri) –şəhid ailəsi olması haqqında vəsiqələrin notarial təsdiq edilmiş sürəti); Qarabağ müharibəsi əlili (I və II qrup) olan şəxslərin övladları – əlil ailəsi olması haqqında vəsiqələrin notarial təsdiq edilmiş sürəti); Məcburi köçkünlərin övladları –tələbənin və valideynlərinin məcburi köçkün olması haqqında vəsiqələrinin notarial təsdiq edilmiş sürəti); Valideyn himayəsindən məhrum olan şəxslər (habelə bir valideynini itirmiş, digər valideyni I və II qrup əlil olan şəxslər) – valideynlərdən hər hansı birini itirməsi və digərinin əlilliyi olması haqqında vəsiqələrin notarial təsdiq edilmiş sürəti); Əlillik dərəcəsi (I və II qrup) olan gənclər – əlillik dərəcəsinin olması haqqında vəsiqənin notarial təsdiq edilmiş sürəti) təqdim etməlidirlər.

QEYD 3. Fakültə dekanlıqları dərslər başladıqdan sonra sənədlərin nə vaxt təqdim etməli olduqları barədə  tələbələrə ətraflı məlumat verəcək. Dekanlıqların bildirəcəyi tarixdə sənədlərin təqdim olunması xahiş olunur.

 

 

EVENT INFO :

  • Start Date:05.09.2023
  • Start Time:00:00
  • End Date:15.09.2023
  • End Time:00:00