2017/2018-ci tədris ilində
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına
daxil olmuş tələbələrin qeydiyyatdan keçməsi üçün lazım olan sənədlərin
SİYAHISI
1. Attestat, iş nömrəsi və şəxsi kabinetin istifadəçi adı
2. Şəxsiyyət vəsiqəsinin əsli və surəti (2 nüsxə)
3. 4 ədəd 3×4 ölçüdə rəngli fotoşəkil
4. Tərcümeyi-hal (Aydın və səliqəli yazılmalı. Özü barədə ətraflı məlumat verib, ailə üzvlərini bir-bir sadalamaqla təvəllüd, doğulduğu şəhər, hal-hazırda işlədikləri yer və tutduqları vəzifələri göstərməli)
5. Tibbi arayış (şəkilli)
6. 1ədəd sadə ipli qovluq
7. Sadalanan bütün sənədlərin elektron surətləri (elektron daşıyıcılarda gətirə və yaxud aşağıda göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz)
Məcburi köçkün statusu, şəhid ailəsi, valideynlərdən hər hansı birinin Çernobıl, Qarabağ əlili və digər səbəblərdən əlilliyi olanlar əlavə olaraq bu sənədləri təqdim etməlidirlər:
1. Tələbənin və valideynlərinin məcburi köçkün, şəhid ailəsi, Çernobıl, Qarabağ əlili və digər səbəblərdən əlilliyi olması haqqında vəsiqələrinin əsli və surəti (2 nüsxədə)
2. Ailə tərkibi haqqında arayış (2 nüsxədə)
3. Valideynlərinin şəxsiyyət vəsiqələrinin əsli və surəti (2 nüsxədə)
4. Şəhid ailəsi olması haqqında arayış
Qeyd: Akademiyaya ödənişli əsaslarla daxil olmuş abituriyentlər birinci tədris ili üçün təhsil haqqını tam ödədikdən sonra qeydiyyatdan keçə bilərlər.
Sənədlərin qəbulu avqust ayının 15-dən 25-dək 24 nömrəli otaqda aparılacaqdır.
İş vaxtı: bazar ertəsi – cümə günləri, saat 1000 – 1700 (1300 – 1400 – fasilə)
Əlaqə nömrəsi: (+99412) 492 66 19, (+99412) 492 65 29,(+99450) 350 20 25
e-mail: qeydiyyat@dia.edu.az
EVENT INFO :
- Start Date:12.08.2017
- Start Time:16:00
- End Date:12.08.2017
- Location:Bakı, Azərbaycan