E L A N
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə
həsr olunmuş Respublika elmi-praktik konfransı
07 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasında Azərbaycan xalqının Ümummilli lideri HEYDƏR ƏLİYEVİN
anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev
Azərbaycan Respublikasının Konstitusiyasının müəllifi kimi” mövzusunda
doktorantların və gənc tədqiqatçıların Respublika elmi-praktik konfransı
keçiriləcəkdir.
Tezislər aşağıdakı istiqamətlər üzrə qəbul olunur:
Davamlı inkişafın idarə edilməsi;
Dövlət idarəçiliyi;
Beynəlxalq münasibətlər;
Politologiya;
Fəlsəfə;
Tarix;
Hüquq;
İqtisadiyyat;
Kompüter elmləri.
Konfransda iştirak etmək istəyənlər elmi tədqiqat işlərini 18 aprel 2025-ci il, saat 17:00-
dək tezis şəklində (1-3 səhifə olmaqla) international.department@dia.edu.az elektron
ünvanına göndərə bilərlər.
Tezislər A5 kağız ölçüsundə, hər tərəfdən 2 sm olmaqla, 12 pt ölçülü (1.15 interval)
Times New Roman şrifti ilə (Azərbaycan, Rus və ya İnglis dilində) Microsoft Word
redaktorunda (*.doc) formatında yazılmalıdır.
Hörmətlə,
Elm və beynəlxalq əlaqələr şöbəsi,
Əlaqə: Tel: +99412 492 65 52
EVENT INFO :
- Start Date:11.03.2025
- Start Time:00:00
- End Date:01.09.2025
- End Time:00:00