May ayında Bakıda “Yeni medianın inkişaf perspektivləri” mövzusunda konfrans keçiriləcək. Tədbir Azərbaycan Mətbuat Şurasının və Multimedia Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq. Bu haqda Multimedia Mərkəzindən məlumat verilib. Konfransda əsasən İnternet-media sahəsində vəziyyət, İnternet-media qurumlarına dövlət dəstəyi və reklam, sosial media və onlayn xəbər resurslarında monitorinq və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası” keçiriləcək. 17 May – Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti gününə həsr olunan olimpiada bu il sayca 9-cudur. Cari ildə olimpiadanın ilk mərhələsinin aprelin 13-də Qafqaz Universitetində, final mərhələsinin isə […]
SMAU Bologna 2014 – Beynəlxalq informasiya və telekommunikasiya texnologiyaları sərgisi 4-5 iyun tarixlərdə BolognaFiere (Bolonya, İtaliya) sərgi kompleksində keçiriləcək. expomap.ru saytının məlumatına görə, tədbirdə şəbəkə texnologiyaları, İnternet-texnologiyalar, verilənlərin toplanması, emalı, saxlanması və analizi, data-mərkəzlər, informasiya təhlükəsizliyi, sistem inteqrasiyası, bulud hesablamaları və virtuallaşdırma, mobil və naqilsiz texnologiyalar, video, kommunikasiya xidmətləri sahələri üzrə məhsullar sərgilənəcək.
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli Fərmanı ilə təsdiq edilmişdir I. Ümumi müddəalar və mükafatlandırılmanın şərtləri 1. Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyası (bundan sonra – komissiya) Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 mart tarixli 113 nömrəli Sərəncamına əsasən elm, mədəniyyət və ədəbiyyat sahələrində ən yaxşı əsərləri qiymətləndirmək və yaradıcı ziyalıları […]