Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə
6 may 2025-ci il tarixində Azərbaycan Respublikası Baş Prokurorunun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında Bakı Dövlət Universitetinin təşəbbüsü, Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı və Azərbaycan Respublikası Baş Prokurorluğunun institusional dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika səviyyəli Hüquq Olimpiadası təşkil edilmişdir.
Olimpiada “Konstitusiya və Suverenlik İli” çərçivəsində hüquq təhsili alan tələbələrin nəzəri biliklərinin və praktiki bacarıqlarının qiymətləndirilməsi, hüquqi təfəkkür və analitik düşünmə qabiliyyətlərinin inkişaf etdirilməsi, habelə gələcək hüquqşünaslar arasında sağlam rəqabət mühitinin təşviq edilməsi məqsədilə təşkil olunmuşdur.
Tədbirdə respublikanın aparıcı ali təhsil müəssisələrinin – Qarabağ Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Naxçıvan Dövlət Universiteti – hüquq fakültələrinin tələbələri iştirak etmişdir.
İki mərhələdən ibarət olan Olimpiada zamanı iştirakçılar hüququn müxtəlif sahələrinə dair nəzəri və praktik sualları cavablandıraraq elmi biliklərini və hüquqi təhlil bacarıqlarını nümayiş etdirmişlər. Qiymətləndirmə prosesi müstəqil ekspertlərdən və tanınmış hüquq alimlərindən ibarət münsiflər heyəti tərəfindən şəffaf və obyektiv şəkildə həyata keçirilmişdir.
Nəticələrə əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının komandasının üzvləri Nəzrin Musa-zadə, Selcan Əli-Pur, Yahya Mürsəlov, Əli Nəbiyev və Nihal Fərzəliyev birinci yerə layiq görülmüşdür. Tədbirin sonunda qalib komandalar diplom və hədiyyələrlə təltif olunmuş, iştirakçılara isə təşəkkürnamələr təqdim edilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının komandasının üzvləri hörmətli rektor, akademik Urxan Ələkbərov tərəfindən qəbul edilmiş və onlara qeyd edilən uğurlarına görə dərin təşəkkürlərini bildirmişdir.
Bu kimi tədbirlərin təşkili hüquq sahəsində ixtisaslaşan gənclərin intellektual potensialının inkişaf etdirilməsi, peşəkar kompetensiyalarının formalaşdırılması və möhkəmləndirilməsi ilə yanaşı, cəmiyyətdə hüquqi maarifləndirmə və hüquq mədəniyyətinin təşviqi baxımından da əhəmiyyətli rol oynayır.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyevin innovativ dövlət idarəçilik siyasəti: Suverenliyə aparan yol”
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tədrisin keyfiyyətinin monitorinqi və məzunlarla iş şöbəsinin innovativ təhsil metodlarına keçid planı üzrə ikinci təlimi uğurla başa çatdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi haqqında 28 dekabr 2024-cü il tarixli