loader image

Dia.edu.az

Elçin İldırım oğlu Əhmədov

E-mail: elchin_ahmedov@yahoo.com;

Əlaqə telefonu: 012 492 45 93; 012 492 84 40

Azərbaycan Respublikasının Şuşa şəhərində anadan olmuşdur. 1988-ci ildə hərbi xidmətini başa vuraraq Bakı  Dövlət Universitetinin tarix fakültəsini hazırlıq şobəsinə, 1989-cu ildə isə həmin fakültənin əyani şöbəsinə daxil olmuşdur. 1994-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək BDU-da aspiranturaya qəbul olmuş və 1999-cu ilədək Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasında çalışmışdır.

1999-cu ildən indiyə kimi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasında baş müəllim, 2006-cı ildən dosent, 2017-ci ildən isə professor vəzifəsində işləyir. Eyni zamanda, 2001-2012-ci illərdə Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsində dekan müavini, 2017-ci ildən isə həmin fakültədə dekan vəzifəsində çalışır.

E.İ.Əhmədov 2001-ci ildə “Böyük dövlətlərin Qarabağ münaqişəsinə dair siyasəti” mövzusunda dissertasiya müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru, 2015-ci ildə isə “Azərbaycan Respublikasının Avroatlantik təhlükəsizlik və əməkdaşlıq institutları ilə münasibətləri” mövzusunda dissertasiya işini müdafiə edərək siyasi elmlər üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.

Bununla yanaşı, E.İ.Əhmədov “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması”  İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri,  Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri vəzifəsində çalışır. 2015-ci ildən İctimai Televiziyada “Qarabağ həqiqətləri” verilişinin aparıcısıdır.

E.İ.Əhmədovun tədqiqatının əsasını təşkil edən Azərbaycanın xarici siyasəti  və  Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar  300 çap vərəqi həcmində 15  kitab, dərs vəsaiti, proqram, metodik vəsait,  eləcə də 200 çap vərəqi həcmində 150-dək elmi məqalənin müəllifidir. E.Əhmədovun ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və  hərbi təcavüzü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair aparılan danışıqlarda beynəlxalq təşkilatlar və böyük dövlətlərin mövqeyini əks etdirən elmi məqalələri Azərbaycanda və xaricdə (Ankara, İstanbul, Sakarya, Bişkek, Elazığ, Kilis, Kişinyov və Tbilisidə) türk, ingilis və rus dillərində çap edilmişdir.

E.İ.Əhmədov 1998-ci ildə gənc tədqiqatçılar arasında keçirilən müsabiqənin qalibi olmuş və II dərəcəli diplomla təltif edilmiş, 2008-ci ildə Azərbaycan KİV İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl Qələm” mükafatına layiq görülmüş və Azərbaycan Respublikası Təhsil nazirinin 17 sentyabr 2009-cu il tarixli əmrilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.

2012-ci ildə “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”  İctimai Birliyinin təşəbbüsü ilə keçirilən “Yaddan çıxmaz Qarabağ” mövzusunda keçirilən ümumrespublika yazı müsabiqəsinin qalibi olmuş və  I yerüçün ayrılan mükafatla,  2013-cü ilin may ayında Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konfransda “Dövlətin gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi dəstəyə” görə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin “Fəxri Fərmanı” ilə təltif edilmişdir. Həmin ilin noyabr ayında isə, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının beynəlxalq xarakterli 2-ci “Şuşa Qrantı” birgə müsabiqəsinin qalibi olmuşdur. 2015-ci ildə Türkiyənin Azərbaycandakı Səfirliyinin və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə “Çanaqqala savaşının 100 illiyi” münasibətilə keçirilən müsabiqədə yüksək mükafata layiq görülmüşdür. 2017-ci ildə isə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti və Qarabağ həqiqətləri haqqında KİV əməkdaşlarının elmi maarifləndirilməsinə yönəlmiş təbliğat fəaliyyətinə görə Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif edilmişdir.

Elçin Əhmədov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət  İdarəçilik  Akademiyasının  Böyük  Elmi  Şurasının, Türkiyədə həşr olunun “Tarihin Peşinde” Beynəlxalq Tarix və Sosial Araşdırmalar  dərgisinin  Məsləhət Şurasının, Dövlət İdarəçilik Akademiyasının elmi nəşri olan “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə”,  eləcə də  “Geostrategiya” elmi-nəzəri jurnalların redaksiya heyətinin üzvüdür.   

Nəşr edilmiş elmi əsərlərinin

SİYAHISI

KİTABLAR:

1.          Ermənistanın Azərbaycana təcavüzü və beynəlxalq təşkilatlar. Bakı, “Tuna” nəşriyyatı, 1998, 138 s.

2.          Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011). Bakı, “Letterpress”nəsriyyat evi, 2012, 912 s.

3.          Azərbaycanın xarici siyasəti: beynəlxalq təhlükəsizlik və əməkdaşlıq institutları ilə münasibətlər. Bakı, “Letterpress”nəsriyyat evi, 2013, 452 s.

4.          Ermənistanın Azərbaycana təcavüzü: Sənədlər və materiallar. I kitab.Bakı, “Letterpress”nəsriyyat evi, 2015, 324 s.

5.          Ermənistanın Azərbaycana təcavüzü: Etnik təmizləmə, soyqırım, terror, işğal. II kitab.Bakı, “Letterpress”nəsriyyat evi, 2013, 408 s.

6.          Ermənistanın Azərbaycana təcavüzü: Beynəlxalq təşkilatların və böyük dövlətlərin siyasəti. III kitab.Bakı, “Letterpress”nəsriyyat evi, 2013, 368  s.

7.          Dövlət idarəçiliyində varislik, novatorluq və dinamizm. İlham Əliyevin Prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul və səfərlərnin icmalı (2003-2006). I kitab. Bakı, “Azərbaycan” nəşriyyatı,, 2007, 944 s.

8.          Dövlət idarəçiliyində varislik, novatorluq və dinamizm. İlham Əliyevin Prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul və səfərlərnin icmalı (2007-2008). II kitab. Bakı, “Azərbaycan” nəşriyyatı,, Bakı, 2008, 754 s.

9.          Dövlət idarəçiliyində varislik, novatorluq və dinamizm. İlham Əliyevin Prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul və səfərlərnin icmalı (2008-2010). III kitab. Bakı, “Letterpress”nəsriyyat evi, 2013, 752 s.

10.       Dövlət idarəçiliyində varislik, novatorluq və dinamizm. İlham Əliyevin Prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul və səfərlərnin icmalı (2011-2013). IV kitab. Bakı, “Letterpress”nəsriyyat evi, 2013, 976 s.

11.       “Beynəlxalq münaqişələr və onların nizamlanması” fənninin tədris proqramı və metodik vəsait (azərbaycan və rus dillərində).Bakı, “Mütərcim” nəşriyyatı, 2003, 64 s.

12.       “Beynəlxalq təşkilatlar” fənninin proqramı. Bakı, “Mütərcim”nəşriyyatı, 2005, 84 s.

13.        “Beynəlxalq təşkilatlar” fənninə dair metodik vəsait. Bakı, “Mütərcim” nəşriyyatı, 2005, 104 s.

14.       “Beynəlxalq təşkilatlar” fənninin proqramı. Bakı, “Zərdabi”nəşriyyatı, 2018, 120 s.

15.       “Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsi” fənninə dair metodik vəsait. Bakı, “Zərdabi”nəşriyyatı, 2018, 160 s.

ELMİ MƏQALƏLƏR

1.          Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasına dair //M.Ə. Rəsulzadə adına BDU-nun aspirant və gənc tədqiqatçılarının elmi konfransının materialları, Bakı, 1995, s.150.

2.          Qarabağ məsələsi 1918-1920-ci illərdə //Gənc alimlərin və aspirantların respublika konfransının tezisləri, Bakı, 1996, s.12-13.

3.          ATƏT-in Minsk konfransının yaradılmasına dair //Gənc alimlərin və aspirantların respublika konfransının tezisləri, Bakı, 1997, s.10-11.

4.          ATƏT-in Minsk qrupunun yaradılması və fəaliyyəti //“Hərbi bilik” jurnalı, Bakı,1997, № 2, s.48-50.

5.          BMT və Ermənistan-Azərbaycan münaqişəsi (I məqalə) //“Hərbi bilik” jurnalı, Bakı,1997, № 2, s.54-57.

6.          ATƏT-in Minsk qrupu və onun Qarabağ münaqişəsinə dair fəaliyyəti //Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası), Bakı,1997, № 1, s.44-51.

7.          Qarabağ münaqişəsində Şuşanın yeri // “Hərbi bilik” jurnalı, Bakı,1997, № 3, s.64-67.

8.          BMT və Ermənistan-Azərbaycan münaqişəsi (II məqalə) //“Hərbi bilik” jurnalı, Bakı,1997, № 4, s.44-48.

9.          Şuşanın qəhrəman müdafiəsi (XVIII əsrin  II yarısı) //“Hərbi bilik” jurnalı, Bakı,1997, № 4, s.49-51

10.       BMT və Ermənistan-Azərbaycan münaqişəsi (III məqalə) //“Hərbi bilik” jurnalı, Bakı,1997, № 5, s.66-70.

11.       BMT və Ermənistan-Azərbaycan münaqişəsi (IV məqalə) //“Hərbi bilik” jurnalı, Bakı,1997, № 6, s.71-75.

12.       Nagornıy Karabakh conflict in Organization for Security and Co-operation in Europe //Journal of “History and its problems”, Baku, 1997, № 2, p.230-235.

13.       Ermənistan-Azərbaycan münaqişəsi İslam Konfransı Təşkilatında //“Hərbi bilik” jurnalı, Bakı,1998, № 1, s.94-98.

14.       Azərbaycan neftinin siyasi aspektləri //“Neft və Azərbaycanın gələcəyi” mövzusunda gənc alim və tələbələrin elmi-tədqiqat işlərinin materialları, Bakı,1998, s.53-71.

15.       Ermənistan-Azərbaycan münaqişəsi və ATƏT (I məqalə) //“Hərbi bilik” jurnalı, Bakı,1998, № 5, s.91-96

16.       Ermənistan-Azərbaycan münaqişəsi və ATƏT (II məqalə) //“Hərbi bilik” jurnalı, Bakı,1998, № 6, s.94-97

17.       Ermənistan-Azərbaycan münaqişəsi və ATƏT (III məqalə) //“Hərbi bilik” jurnalı, Bakı,1999, № 1, s.83-88

18.       Aggression of Armenia against Azerbaijan and international organizations //Journal of “History and its problems”, Baku, 1999, № 2, s.154-158.

19.       Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması prosesində prezident Heydər Əliyevin fəaliyyəti //“XX-XXI: iki əsrin nadir dövlət xadimi və lideri” mövzusunda elmi sessiyanın materialları (22 aprel, 2003-cü il), DİA, Bakı, 2003, s.139-142.

20.       Qarabağ münaqişəsində Rusiyanın mövqeyi və rolu //“Qarabağ dünən, bu gün və sabah” II Ümumrespublika elmi-əməli konfransın materialları (27-28 may, 2003-cü il), Bakı, 2003, s.39-43.

21.       Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın xarici siyasətində prioritet istiqamət kimi //“Heydər Əliyevin dövlət quruculuğu və dövlət idarəçiliyi strategiyasının həyata keçirilməsində yeni mərhələ” mövzusunda  elmi sessiyanın materialları, DİA, Bakı, 2005.

22.       Ermənistan-Azərbaycan münaqişəsi Cənubi Qafqazda ən uzunmüddətli münaqaşə kimi //“Qarabağ dünən, bu gün və sabah” III Ümumrespublika elmi-əməli konfransın materialları (25-26 may,2004-cü il), Bakı, 2004, s.30-35.

23.       Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması istiqamətində Azərbaycan diplomatiyasının fəaliyyəti //“Dövlət İdarəçiliyi”: nəzəriyyə və təcrübə. Elmi-nəzəri və praktiki jurnal. 2004, №2 (6), s.137-147.

24.       Şuşanın tarixi, siyasi və hərbi-strateji əhəmiyyəti //“Dirçəliş” jurnalı № 86-87,aprel-may,  2005, s.84-93.

25.       Azərbaycanın Avroatlantik təhlükəsizlik və əməkdaşlıq institutlarına inteqrasiyasının yeni mərhələsi //“Dövlət İdarəçiliyi”: nəzəriyyə və təcrübə. Elmi-nəzəri və praktiki jurnal. 2007, №1 (17),  s. 164-171.

26.       Şuşanın tarixi, siyasi və hərbi-strateji əhəmiyyəti //“Qarabağ dünən, bu gün və sabah” Azərbaycan Xalq Cümhuriyyətinin 90 illyinə həsr olunmuş 7-ci  elmi-əməli konfransın materialları  Bakı, 2008, s.65-78.

27.       Ermənistan-Azərbaycan münaqişəsinə dair ABŞ, Türkiyə və Rusiyanın siyasəti //“Qarabağ dünən, bu gün və sabah” Azərbaycan Xalq Cümhuriyyətinin 90 illyinə həsr olunmuş 7-ci  elmi-əməli konfransın materialları  Bakı, 2008, s.69-92.

28.       Azərbaycanın Avroatlantik strukturlara inteqrasiyası NATO ilə əməkdaşlıq konteksində //”Dövlət İdarəçiliyi”: nəzəriyyə və təcrübə. Elmi-nəzəri və praktiki jurnal. 2009, №1 (25), s.156-165.

29.       Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasətinin nəticələri //“Qarabağ dünən, bu gün və sabah” Azərbaycan Xalq Cümhuriyyətinin 90 illyinə həsr olunmuş 8-ci  elmi-əməli konfransın materialları.  Bakı, 2009, s.18-27.

30.       Ermənistanın təcavüzkarlıq siyasəti və ATƏT //“Qarabağ dünən, bu gün və sabah” Azərbaycan Xalq Cümhuriyyətinin 90 illyinə həsr olunmuş 8-ci  elmi-əməli konfransın materialları.  Bakı, 2009, s.28-39.

31.       Историческое, политическое и военно-стратегическое значение Шуши //“Карабах вчера, сегодня и завтра” материалы научно-практических конференций, вторая часть. Баку 2009,  стр. 246-256.

32.       Historic, political and military-strategic value of Shusha //Proceedings of the conferences held under the topic “Garabagh yesterday, today and tomorrow”. Second volume. Baku, 2009, p.39-49.

33.       Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti və ATƏT //“Diplomatiya aləmi” – № 25, 2009-cu il, s.33-44.

34.       Azərbaycanın Avropaya inteqrasiyası prosesində Avropa Şurası ilə əməkdaşlığı //”Dövlət İdarəçiliyi”: nəzəriyyə və təcrübə. Elmi-nəzəri və praktiki jurnal. 2010, №3 (31),  s. 157-166.

35.       Ermənistanın Azərbaycana qarşı təcavüzü və Türkiyənin siyasəti //“Qarabağ dünən, bu gün və sabah” 9-cu Ümumrespublika elmi-əməli konfransın materialları (25-26 may,2010-cu il), Bakı, 2010, s.30-34.

36.       İslam Konfransı Təşkilatı Ermənistanı  təcavüzkar kimi tanıyan ilk və yeganə beynəlxalq təşkilatdır //“Qarabağ dünən, bu gün və sabah” 9-cu Ümumrespublika elmi-əməli konfransın materialları (25-26 may,2010-cü il), Bakı, 2010, s.35-42.

37.       Ermenistan”ın Azerbaycan”a saldırısı ve AGİT //“2023”, 15 nisan 2010, sayı 108, s. 53-57.

38.       Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı Avroatlantik institutlara inteqrasiya prizmasında //“Diplomatiya aləmi” – № 29, 2010-cu il, s.51-56.

39.       Ermenistan”ın Azerbaycan”a karşı saldırganlık politikası //“2023”, 15 mart 2011, sayı 119, s. 56-61.

40.       Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasətinin mərhələləri //“Geostrategiya”jurnalı, № 2, aprel, 2011, s.70-76.

41.       Ermənistanın Azərbaycana qarşı təcavüzkarılıq siyasətinin mərhələləri //“Qarabağ dünən, bu gün və sabah” 10-cu Ümumrespublika elmi-əməli konfransın materialları (25-26 may,2011-ci il), Bakı, 2011, s.36-47.

42.       XX əsrin sonunda Ermənistanın etnik təmizləmə, soyqırımı və işğalşılıq siyasətinin nəticələri //“Qarabağ dünən, bu gün və sabah” 10-cu Ümumrespublika elmi-əməli konfransın materialları (25-26 may,2011-ci il), Bakı, 2011, s.48-59.

43.       Ermənistanın Azərbaycana qarşı təcavüzkarılıq siyasəti (təhlili xronika 1988-1990) //“Geostrategiya”jurnalı, № 3, may, 2011, s.56-64.

44.       Армяно-Азербайджанский конфликт и международные организации: исторические факторы конфликта //Материалы V международного форума стран-партнеров в области подготовки кадров для государственной и муниципальной службы, Бишкек, 2011, с.455-462.

45.       Ermənistanın Azərbaycana qarşı təcavüzkarılıq siyasəti ( təhlili xronika 1991-1992, fevral) //“Geostrategiya”jurnalı, №4, iyun, 2011, s.58-65.

46.       Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqi aspektləri //“Strateji təhlil” jurnalı, №1(2),aprel- iyun, 2011, s.93-108.

47.       Azərbaycan Respublikasının  Avropa təhlükəsizlik və əməkdaşlıq  institutları ilə münasibətləri (1991-2011) //”Dövlət İdarəçiliyi”: nəzəriyyə və təcrübə. Elmi-nəzəri və praktiki jurnal. 2011, №4 (35),  s. 178-187.

48.       Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqi aspektləri //“Geostrategiya”jurnalı, № 5, iyul, 2011, s.40-51.

49.       Ermənistanın Azərbaycana qarşı təcavüzkarılıq siyasəti    (təhlili xronika 1992, fevral-dekabr) //“Geostrategiya”jurnalı, № 6, avqust, 2011, s.34-43.

50.       Сотрудничество Азербайджана с Европейским Союзом в контексте в Евроатлантические структуры //«Право и политология» Международный научный журнал, Кишинев, №19, март, 2012, стр.56-60.

51.       Azərbaycanın regional inkişaf  və enerji təhlükəsizliyi sahəsində Avropa İttifaqı ilə əməkdaşlığı //“Geostrategiya”jurnalı, №2(8), aprel, 2012, s.34-43.

52.       Şuşa – Azərbaycanın strateji əhəmiyyətli tarixi mədəniyyət mərkəzi //“Qarabağ dünən, bu gün və sabah” 11-ci Ümumrespublika elmi-əməli konfransın materialları, (22 may, 2012-ci il), Bakı, 2012, s.36-47.

53.       Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair ATƏT-in Minsk qrupunun yaradılması və fəaliyyəti //“Qarabağ dünən, bu gün və sabah” 11-ci Ümumrespublika elmi-əməli konfransın materialları, (22 may, 2012-ci il), Bakı, 2012, s.22-35.

54.       Ermənistanın dövlət terrorizmi siyasəti və Azərbaycana qarşı təcavüzünün nəticələri //“Geostrategiya”jurnalı, № 6(12), noyabr, 2012, s.18-22.

55.       Azərbaycan Respublikasının  Avropa təhlükəsizlik və əməkdaşlıq  institutları ilə münasibətləri //Azərbaycan Respublikasının müstəqilliyinin və Xəzər Universitetinin yaranmasının 20 illiyinə həsr olunmuş Beynəlxalq simpoziumun materialları. 27-29 may2011. Bakı, 2012,  s.473-482.

56.       Avrupa-Atlantik kurumlara entegrasyon çerçivesinde Aerbaycan Cümhuriyyeti ve Avrupa Birliğ ilişkileri //Siyaset, ekonomi ve toplum üzerine. 3.Uluslararası Mavi Karadeniz Kongresi: Uyuşmazlık çozümü, işbirligi ve demokratikleşme. 15-17 Ekim 2012. Sakarya Universitesi/ Adapazarı, s.223-231.

57.       Şuşa: tarixi, siyasi, iqtisadi, strateji və mədəni əhəmiyyətə malik şəhər //“Geostrategiya” jurnalı, №5(9), may-iyun, 2012, s.35-39.

58.       Müasir geosiyasi şəraitdə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı //“Geostrategiya”jurnalı, №6(10), iyul-avqust, 2012, s.33-37.

59.       Heydər Əliyevin xarici siyasət kursu yeni və dinamik inkişaf mərhələsində //”Dövlət İdarəçiliyi”: nəzəriyyə və təcrübə. Elmi-nəzəri və praktiki jurnal. 2013, №2 (42), s.121-130.

60.       Ermenistan’ın etnik temizlik, soykırım ve işgalcilik politikasının sonunçları //Orta Doğu Araştırmaları Dergisi. Karabağ Özel sayısı. Elizığ. 2013, Cilt IX, sayı 2, s.73-85.

61.       Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamasalınmasına dair aparılan danışıqların mərhələləri //“Strateji təhlil” jurnalı, №6(7), aprel- iyun, 2013, s.63-83.

62.       Ermənistanın Azərbaycana təcavüzü: Dağlıq Qarabağ münaqişəsinin nizamlanmaya dair beynəlxalq səylər və aparılan danışıqların nəticələri //“Qarabağ dünən, bu gün və sabah” 12-ci Ümumrespublika elmi-əməli konfransın materiallar toplusu (23 may,2013-cü il), Bakı, 2013, s.45-64.

63.       Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: nizamlanmaya dair aparılan danışıqların nəticələri //“Geostrategiya”jurnalı, №2(14), mart-aprel, 2013, s.20-24.

64.       Müasir geosiyasi şəraitdə Azərbaycanın dinamik inkişaf göstəriciləri //“Geostrategiya”  jurnalı, № 04 (16) İyul-Avqust 2013, s. 21-26.

65.       Azeraycan’ın NATO ile İşbirliğinin Gelişmesinde Haydar Aliyev’in Rölu //Sosyal Bilimler Araştirma Dergisi. Yil:IX, Sayi:22, Eylül-2013, s. 111-121.

66.       Haydar Aliyev’in dış politikasında Avrupa kurumları ile işbirliği // Asia Minor Studies. Uluslararası Hakemli Sosyal Bilimler Dergisi. Cilt1, Sayı: Haydar Aliyev Özel Sayısı. Mayıs. Kilis, 2013, s.14-23.

67.       Azərbaycanın dinamik inkişafının mühüm mərhələsi (2003-2013-cü illər) //”Dövlət İdarəçiliyi”: nəzəriyyə və təcrübə. Elmi-nəzəri və praktiki jurnal. 2014, №1 (45), s. 209-218.

68.       Важный этап динамичного развитияАзербайджана в современных геополитических условиях (2003-2013 годы) //“Кавказ и Мир” Международный научный журнал, Грузия, Тбилиси, 2014, №18, стр.61-67.

69.       Ermenistan’ın Devlet Terörü Politikası ve Azerbaycan’a Karşı Saldırganlığının Sonuçları //“Dağlıq Qarabağ Üzərinə Yazılar”,  Gündoğan Yayınları, İstanbul, Agustos, 2014, s.87-97.

70.       Важный этап динамичного развитияАзербайджана в современ­ных геополитических условиях // Elchin Ahmadov // “Science and world” International scientific journal, Russia, Volgograd, 2015, №4 (20), Vol I, с.93-98.

71.       Ermənistanın Azərbaycana təcavüzü: beynəlxalq təşkilatlar və böyük dövlətlərin mövqeyi //“Naxçıvan Universiteti” Elmi əsərlər, №1(2), 2016, s.35-56.

72.       Azərbaycan Respublikasının multikulturalizm siyasəti (1993-2016) //”Dövlət İdarəçiliyi”: nəzəriyyə və təcrübə. Elmi-nəzəri və praktiki jurnal. 2016, №4(56), s. 99-106.

73.       Azərbaycanın daxili və xarici siyasətində multikultural dəyərlər //Azərbaycan Folkloru və Milli-Mədəni müxtəliflik adlı Beynəlxalq elmi-praktik konfransın materialları. 19-20 may 2016-cı il, s.159-168.

74.       Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasəti // Elchin Ahmadov // Qafqazşünasların I beynəlxalq forumu 2. Bakı, 17-18 aprel, 2017, s.48-55.

75.       Azərbaycanın daxili və xarici siyasətində multikultural və tolerant dəyərlər //“Geostrategiya”  jurnalı, № 03(39) May-İyun 2017, s. 24-27.

76.       Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan multikulturalizmi // Azərbaycan multikulturalizmi. Ali məktəblər üçün dərslik. Bakı, 2017, 88-112.

77.       Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətləri (2003-2017-cü illər) //”Dövlət İdarəçiliyi”: nəzəriyyə və təcrübə. Elmi-nəzəri və praktiki jurnal. 2017, №4(60), s.187-198. və başqa 150-dək elmi məqalənin müəllifidir.