1999-cu il Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası yaranan tarixdən Dillər kafedrası fəaliyyət göstərir.
Dillər kafedrasında bütün ixtisaslarda Azərbaycan, Rus, İngilis, Alman və Fransız dilində “Xarici Dildə Işgüzar və Akademik Kommunikasiya” həmçinin “Ixtisas Yönümlü Xarici Dili” və “Xarici Dil” (İngilis, Alman, Fransız və Rus) fənləri tədris edilir.
Kafedra tərəfindən xarici dilin tədrisində dünya təcrübəsinə istinad edilərək innovativ metodlardan geniş istifadə olunur. Bu da öz növbəsində dərslərin keyfiyyətini yüksəltməklə yanaşı tələbələrin dərs prosesindəki aktivliyini artırmaq və onların qavrama qabiliyyətini inkişaf etdirmək üçün məqsədyönlü hesab edilir.
Müəllimlər tələbələrin dili yüksək səviyyədə qavramaları üçün nəinki linqvistik bilik, bacarıq və vərdişlərin əldə edilməsində yardımçı olur, həmçinin, onları ayrı-ayrı dil vahidləri yönündə istiqamətləndirərək yaradıcı tədqiqatlara həvəsləndirirlər.
Kafedrada çalışan müəllimlər, işlərinə məsuliyyətlə yanaşır, tədrisin müxtəlif istiqamətləri üzrə elmi məqalələr, dərs vəsaitləri, yeni proqramlar tərtib edirlər.
Bundan başqa kafedrada 1 elmlər doktoru, professor, 13 filologiya üzrə fəlsəfə doktoru, dosent, 6 baş müəllim, 5 müəllim olmaqla toplamda 24 nəfərdən ibarət heyət tədris edir.
Dilin tədrisi üçün kafedranın müəllimləri müxtəlif dil qurumları ilə, o cümlədən səfirliklər və beynəlxalq təşkilatlarla yaxından əlaqə saxlayır və bir çox elmi konfranslarda, simpoziumlarda, dövlət əhəmiyyətli tədbirlərdə fəal iştirak edir.
Akademiya yarandığı dövrdən 2019-cu ilin iyun ayına kimi “Dillər kafedrası”na əməkdar müəllim, filologiya elmləri doktoru, professor Akif Əmirxan oğlu Bayramov rəhbərlik etmişdir.
2019-cu ilin iyul ayından 2020-ci ilin oktyabr ayına qədər “Dillər kafedrası”na filologiya üzrə fəlsəfə doktoru, dosent Yusif Mürsəl oğlu Ağayev rəhbərlik etmişdir.
Hal-hazırda kafedraya filologiya üzrə fəlsəfə doktoru Şəfiyeva Ülkər Nəriman qızı rəhbərlik edir.