Elm və Beynəlxalq Əlaqələr şöbəsi
Elm və beynəlxalq əlaqələr şöbəsi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) elmi fəaliyyətin təşkili, Akademiyanın beynəlxalq elmi mərkəzlərlə əlaqələrinin qurulması və inkişaf etdirilməsini həyata keçirən struktur bölməsidir.
Şöbə Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, DİA-nın fəaliyyətini tənzimləyən normativ-hüquqi aktları, DİA rəhbərliyinin əmr, sərəncam və təlimatlarını, DİA-nın Elmi Şurasının qərarlarını və şöbənin Əsasnaməsini rəhbər tutaraq fəaliyyət göstərir.
Şöbənin məqsəd və vəzifələri:
- DİA-nın fakültələri, kafedraları, elmi tədqiqat institutları və digər struktur bölmələri ilə qarşılıqlı əlaqə əsasında DİA-da elmi fəaliyyətin planlaşdırılması, təşkili, əlaqələndirilməsi və təhlillərin aparılması;
- Təqvim ilinin sonunda kafedra və elmi-tədqiqat institutları tərəfindən təqdim olunmuş elmi hesabatlar əsasında Akademiyanın illik elmi hesabatının hazırlanması və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə və AMEA-ya elmi-tədqiqat işlərinin yekunları haqqında hesabatın verilməsi;
- Doktoranturaya qəbulun həyata keçirilməsi, doktorant və dissertantların dissertasiya mövzularının və elmi rəhbərlərinin təsdiq edilməsi, mövzuların Elmi Nəticələrin Əlaqələndirilməsi Şuralarında qeydiyyata alınması prosesinə nəzarət, əyani şöbənin I kurs doktorantları üçün məşgələlərin təşkil olunması və doktorantlarla mütəmadi görüşlərin təşkil edilməsi;
- Doktorantlar üçün minimum imtahanlarının keçirilməsinin təşkil edilməsi, imtahan komissiyalarının tərkibinin formalaşdırılması, doktorant və dissertantların attestasiyadan keçməsi prosesinə nəzarət edilməsi;
- Doktorantların dissertasiya işlərinin ilkin müzakirəsinin təşkili və müzakirə prosesinə nəzarət edilməsi;
- DİA əməkdaşları tərəfindən mötəbər elmmetrik bazalar tərəfindən indekslənən jurnallarda elmi məqalələrin çap olunmasına, tanınmış beynəlxalq nəşriyyatlarda dərslik və monoqrafiyaların nəşr edilməsinə və onların beynəlxalq konfranslarda məruzələrlə çıxış etməsinə təşviq və köməklik edilməsi;
- Akademik yazı səriştələrinin təkmilləşdirilməsi, tədqiqat mədəniyyətinin formalaşdırılması və jurnal seçiminin düzgün aparılması üçün Akademik heyət üzvlərinə Web of Science (Clarivate Analytics), SCOPUS (Elsevier) və digər beynəlxalq xülasələndirmə və indeksləmə sistemləri ilə bağlı mütəmadi təlimlərin təşkil olunması;
- Professor-müəllim heyətinin Google Scholar, Research Gate, SSRN və Academia kimi açıq sistemlərdə, eləcə də Web of Science, SCOPUS və digər beynəlxalq elmmetrik bazalarda şəxsi profillərinin yaradılmasına köməklik göstərilməsi;
- Yerli və xarici mütəxəssislərin iştirakı ilə elmi-praktiki konfranslar, simpoziumlar, elmi-metodiki seminarların təşkil olunması;
- Akademiyanda elm və təhsil sahəsindəki mövcud beynəlxalq əməkdaşlıqlarının möhkəmləndirilməsi və koordinasiyası;
- Akademiyanın profilinə uyğun yerli və aparıcı xarici ali təhsil müəssisələri ilə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi;
- DİA-nın beynəlmilləşməsi istiqamətində zəruri addımların atılması;
- DİA-nın beynəlxalq proqram və qrant layihələrində iştirakının təmin olunması;
- Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin DİA-da təhsil almaları üçün təşviqat işinin aparılması, onların qəbulu, qeydiyyatı və tədrisdən kənar fəaliyyətlərinin təşkili;
- DİA-nın profilinə uyğun xarici ali təhsil müəssisələri ilə ikili diplom proqramlarında iştirakının təmin olunması.
Əməkdaşlar:
Elvin Əzizbəyov – Şöbə müdiri;
Kəramət Qənbərov – Baş mütəxəssis;
Gülarə Bağırova – Aparıcı mütəxəssis;
Telefon- | (994 012)492-65-52 |
E-mail- | international.department@dia.edu.az |