“Rəhbər kadrların yenidən hazırlanması” fakültəsi Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 2014-cü il tarixli “Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında” Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Prezidenti Administrasiyasının seçimi və məktubu əsasında magistratura səviyyəsində yenidən hazırlanma növü üzrə əlavə təhsilə cəlb olunan dövlət qulluqçularının təhsili prosesini təşkil edir.
Bu Fərmanın icrası çərçivəsində Prezident Administrasiyası tərəfindən göndərilən dövlət qulluqçuları “Dövlət və bələdiyyə idarəetməsi”ixtisası (“Dövlət qulluğunun təşkili və idarəedilməsi” və “Dövlət strukturlarında menecment ixtisaslaşmaları”), “Davamlı inkişafın idarəedilməsi” ixtisası (“Davamlı inkişafın planlaşdırılması” ixtisaslaşması) və “Sosial İş” (“Gənclərlə iş” ixtisaslaşması) üzrə hazırlanır. Hal-hazırda fakültədə 225 nəfər magistrant təhsil alır.
Qəbul edilmiş qaydalara müvafiq olaraq, magistr proqramları müasir standart və yanaşmalar nəzərə alınmaqla Dövlət İdarəçilik Akademiyasının akademik heyətilə ilə yanaşı yüksək dərəcəli dövlət qulluqçuları, praktiklər və xarici ekspertlərin iştirakı ilə hazırlanır və reallaşdırılır.