Kadr məsələləri şöbəsi
Akademiyanın Kadr məsələləri şöbəsi müstəqil struktur bölmədir. Kadr məsələləri şöbəsinin fəaliyyətinin əsas məqsədi akademiyada kadrlarla əlaqədar təşkilati işlərin aparılmasıdır. Şöbə bilavasitə akademiyanın rektoruna tabedir.
Kadr məsələləri şöbəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək Məcəlləsini, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmr və normativ aktlarını, “Təhsil” haqqında Qanunu, akademiyanın nizamnaməsini və şöbənin əsasnaməsini rəhbər tutur.
Kadr məsələləri şöbəsinin tərkibinə şöbə müdiri, baş mütəxəssis və hüquqşünas daxildir. Şöbənin işçiləri şöbə müdirinə tabedir. İşçilər arasında vəzifə bölgüsünün aparılması şöbə müdiri tərəfindən həyata keçirilir.
Funksiya və vəzifələri:
Struktur bölmə rəhbərləri ilə birlikdə kadrların komplektləşdırılməsı işinin təşkili, daxili idarəetmənin təkmilləşdirilməsi və akademiyanın inkişaf perspektivləri ilə bağlı vaxtaşırı yeni təkliflər hazırlamaq və struktur bölmələrin kadrlarla kompleksləşdirilməsidir;
Kadrların vəzifələrə təyin edilməsi, ehtiyat kadrların hazırlanması məqsədi ilə işçilərin ixtisas səviyyəsinin, iş, eləcə də əxlaqi keyfiyyətlərinin fərdi və digər xüsusiyyətlərinin öyrənilməsi;
Kadr dəyişiklikləri ilə bağlı məsələlərin öyrənilməsi, onların bölmələrə təhkim edilməsinə dair müddəaların işlənilib hazırlanması;
Müəllim heyətinin müsabiqə yolu ilə seçilməsi işində iştirak etmək;
Akademiyanın işçilərinin attestasiyasında iştirak etmək. Növbəti və ya təkrar attestasiyadan keçməli olan mütəxəssislərin siyahısının və attestasiya sənədlərinin hazırlanması. Attestasiya komissiyaları tərəfindən verilən təkliflərin həyata keçirilməsi üçün tədbirlər planının işlənib hazırlanması;
Akademiyanın struktur bölmələri ilə birlikdə proqnozların (kadrların hazırlanması, təkmilləşdirilməsi, təhlili, ixtisas səviyyələrinin artırılması, təcrübə keçmə) işlənib hazırlanmasında iştirak etmək;
İşə qəbul, başqa işə keçirilmə, məzuniyyətlərin verilməsi, işçilərlə əmək müqaviləsinin bağlanması işdən azadolunma və s. məsələlərin təşkili;
İşçilərin şəxsi işlərinin, əmək kitabçalarının və digər sənədlərin qanunvericiliyə uyğun aparılması və saxlanılması;
İşçilərə təltif və mükafatların təqdim edilməsi, həmçinin digər inzibati cəzaların verilməsi üçün lazımi sənəd və əmr layihələrinin hazırlanması;
İşə qəbul edilənlərin hərbi qeydiyyatda olmalarını araşdırmaq və onların qeydiyyatını təşkil etmək;
Struktur bölmə rəhbərləri və həmkarlar komitəsi ilə birgə əməkdaşların iş rejiminə riayət etmələrinə nəzarətin təşkili;
Əməkdaşların iş vaxtına nəzarət məqsədi ilə tabel-uçot işini təşkil etmək;
Kadr məsələləri ilə bağlı əmr, eləcə də digər məlumatlar üzrə layihələrin hazırlanması, razılaşdırılması, rektora təqdim olunması və əmrlərin icrasına nəzarət;
Əmək intizamına dair məsələlərin təhlili və daha da yaxşılaşdırılması üçün təkliflərin verilməsi;
İşçilər tərəfindən əmək qanunvericiliyinə, həmçinin əmr və sərəncamlara, daxili nizam-intizam qaydalarına riayət edilməsinə nəzarətin təşkili;
Müəyyən edilmiş müddətlərdə hesabatların və digər informasiya xarakterli məlumatların hazırlanması və vaxtında təqdim edilməsi;
Kadr məsələlərinin həllində akademiyanın bölmələri və istisna hallarda kənar təşkilatlarla sıx əlaqə yaratmaq;
SİNAMvə elektron müqavilələrin işlənməsi.
Hüquqlar:
Kadr məsələləri şöbəsinin səlahiyyətinə daxil olan işin həyata keçirilməsi üçün vacib olan materialları akademiyanın müvafiq bölmələrindən tələb etmək;
Rektorun göstərişi ilə akademiyanın kadr məsələləri ilə bağlı maraqlarını müvafiq təşkilatlarda təmsil etmək;
Kadrlarla iş məsələlərinə dair göstərişlər vermək və yerinə yetirilməsini tələb etmək;
Bölmə rəhbərlərindən məlumatlar almaq;
Qanunvericiliyə uyğun olaraq, işə qəbul, başqa işə keçirilmə, işdən azadolunma, mükafatlandırılma, cəzalandırılma, kadr və digər məsələlərə dair əmr layihələrinin hazırlanması, həmçinin müvafiq təlimat və metodiki məsləhətlərin verilməsi ilə bağlı təklifləri rektorun nəzərinə çatdırmaq.
Kadr məsələləri şöbəsinin müdiri Afaq Ənvər qızı Əliyevadır.
Telefon:
Iş- (012)492-81-12