“Dövlət idarəetməsi və menecment” kafedrası Elmi-tədqiqat işlərinin mövzusunu “Azərbaycan Respublikasının dövlət idarəçilik sisteminin innovativ inkişafı” problemi üzrə mövzular planlaşdırmış və yerinə yetirmişdir. Elmi hesabatlar hazırlanmış, mövzunun mühüm elmi nəticələri müəyyənləşmiş, yerli və xarici elmi nəşrlərdə dərc olunmuşdur.
Bu mövzular illər üzrə:
2014-2016-cı illər “Azərbaycanda milli insan kapitalının potensial inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi”;
2017-2020-ci illər “Azərbaycan Respublikasının Milli iqtisadiyyat perspektivi çərcivəsində biznes mühitinin inkişafının idarəedilməsi”;
2021-2023-cü illər “Dəyişikliklərin və innovasiyaların idarə olunması: dəyişən struktur, dəyişən texnologiya, dəyişən cəmiyyət”;
2024-2026-cı illər “İnnovativ iqtisadiyyat: rəqəmsal texnologiyalar və kommunikasiyaların yaratdığı imkanlar və perspektivlər”.
“Dövlət idarəetməsi və menecment” kafedrasının 2021-2023-cü illərdə
“Dəyişikliklərin və innovasiyaların idarə olunması: dəyişən struktur,
dəyişən texnologiya, dəyişən cəmiyyət”
mövzusunda yerinə yetirilən Elmi-Tədqiqat işinin yekununda gəlinən
mühüm elmi nəticələrin nüfuzlu və indeksləşmiş, impakt faktorlu jurnallarda
dərcinin qısa xülasəsi:
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 44 günlük zəfər tarixi yazması, ərazi bütövlüyü bərqərar olması, bununla da Azərbaycan yeni iqtisadi inkişaf dövrünə qədəm qoyduğu və hazırda bəşəriyyət yeni bir dünya nizamının formalaşması dövründə Azərbaycanın bu istiqamətdə apardığı işlər elmi cəhətdən yerli və beynəlxalq konfranslarda işıqlandırılmışdır. Yaxın 10 ilin iqtisadiyyatı dəyişməyi hədəfəyən mühüm strateji sənədi olaraq 2021-ci il Fevralın 2-də Azərbaycan Respublikası Prezidentin sərəncamı ilə ölkənin növbəti 10 il üzrə sosial-iqtisadi inkişafına dair “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” müəyyən edilmiş və bu hədəflərə köklənən istiqamətdə, o cümlədən, “Böyük qayıdış” uğurlu həyata keçirilirməsi ilə bağlı tədqiqatlar və təqdimatlar bu dərc olunan elmi
nəşrlərdə, yerli və beynəlxalq konfranslarda təqdim olunmuşdur:
2021-ci ildə Böyük Britaniyanın İqtisadi Araşdırma və Biznes Mərkəzinin dəstəyi ilə nəşr olunan kitabın prof. X.M.Hüseynovanın müəllifi olduğu 9-cü fəslində dəyişikliklərin və innovasiyaların inteqrasiya olunmasında Azərbaycanın “Bir kəmər, bir yol” layihəsinin rolu açıqlanmış və geosiyasi üstünlükləri tədqiq olunmuşdur: (“Belt and Road Initiative (BRI): Chins Global Business Footprint” Chapter 9: /Belt and Road initiative and the Central Corridor: Logistics bridge between China, the Caspian, and Europe/Book, (Published by the Centre for Business@Economic Research (CBER));
2022-ci ildə kollektiv həmmüəllifliklə nəşr olunan “Dövlət və bələdiyyə idarəçiliyinin müasir problemləri” kitabında Azərbaycanın 20 illik bələdiyyə təcrübəsi olduğundan işğaldan azad olunmuş ərazilərdə yerli özünüidarə institutlarını yaratmaq texniki baxımdan çətinlik yaratmayacağı, şəhər və rayon mərkəzlərində şəhər bələdiyyələri, qəsəbələrdə qəsəbə bələdiyyələri, bir və ya bir neçə kənd yaşayış məntəqələrində isə kənd bələdiyyələri yaradılacağı, büdcə gəlirlərinin formalaşması və büdcə xərclərinin istifadəsi təcrübəsi də eynilə yeni bələdiyyələrə proyeksiya olunacağı və digər mühüm dəyişikliklər tədqiq olunmuşdur. Dünya sənayesinin transformasiyası prosesində milli sənayenin üzləşdiyi ən aktual problemlərdən biri – sənaye strukturunda sürətli və geniş dəyişikliklərin həyata keçirilməsi və istehsal proseslərinin idarə edilməsi nəticəsinə gəlinmiş və qeyri-müəyyənliklərin təsirinin azaldılması, rəqabət üstünlüklərinin formalaşması və texnoloji zəmində strategiyasının yaradılmasını nəzərə alan dövlət dəstəkləmə siyasətinə zərurət yaranması nəticəsinə gəlinmişdir. Həmçinin, bu nəticə kənd təsarrüfatı, sosial inkişaf, innovativ biznes mühitinə də aiddir;
SCOPUS Q3 bazasında olan Scientific Horizons/ Journal-da prof. X.M.Hüseynovanın müəllifi olduğu məqaləsində hökümət tərəfindən əvvəlki və sonrakı 10 ilin iqtisadiyyatı dəyişməyi hədəfləyən mühüm sənədlərin qəbul edilməsinin nəticələri təhlil edilmişdir. (The economic effect of the measure provided for by the Kyoto Protocol by region (as of the 2020s). Scientific Horizons/ Journal/ SCOPUS Q3/DOI: 10.48077/scihor4.2023.136. Vol. 26, No. 4, 2023. Pages 136-145)
Prof. X.M.Hüseynova – Moderatorluq – Session Chairs of 8th International Conference on Globalisation, Entrepreneurship, and Emerging Economies (ICGEEE)- University of London, UK 8-9 th December 2023.
Prof. X.M.Hüseynova – Certificate of Continuing Professional Development. 8th
International Conference on Globalisation, Entrepreneurship, and Emerging Economies (ICGEEE)- University of London, UK 8-9 th December 2023.
Prof. X.M.Hüseynova – Moderatorluq: Certificate of Contribution in recognition of their role as Session Chairs of Growth and Economic Development/Teaching and Learning. CBER– FUE 12-th International Conference on the Restructuring of the Global Economy (ROGE) – Towards Sustainability University of Oxford –UK. 7-8 th August 2023.
Prof. X.M.Hüseynova – Ən yaxşı təqdimat: Certificate of Best Track Presenter as voted by fellow delegates, for the paper titled “Skills and new trends for successful management”/ CBER – FUE 12-th International Conference on the Restructuring of the Global Economy (ROGE) – Towards Sustainability University of Oxford –UK. 7-8 th August 2023;
Prof. X.M.Hüseynova – “Skills and new trends for successful management” Certificate of Participation and Appreciation. CBER – FUE 12-th International Conference on the Restructuring of the Global Economy (ROGE) – Towards Sustainability University of Oxford –UK. 7-8 August 2023;
Prof. X.M.Hüseynova – Certificate of Continuing Professional Development. CBER – FUE 12-th International Conference on the Restructuring of the Global Economy (ROGE) -2023 – Towards Sustainability. London, UK/ 7-8 th August 2023;
Məmmədova A.N. Orta Doğu ve Doğu Avrupa Ülkelerinde Kadınların siyasi etkinliği. 4th International CEO (Communication, Economics, Organization) Social Sciences Congress (CEO SSC) / 20-22 May 2022, India.
Məmmədova A.N. Silent Suffering: characteristics of workplace mobbing, 8 th International CEO (Communication Economics Organization) Social Sciences Congress (CEO SSC)/ 16-17 December 2023 – Portugal
Prof. X.M.Hüseynova Azərbaycanda sənayənin inkişafında Ümummilli lider Heydər Əliyevin rolu. Dövlət idarəçiliyi nəzəriyyə və təcrübə, elmi-nəzəri jurnalı. №1 (81) . Bakı 2023.
Dos. Suleymanova G.M. Организация системы управления региональной инновационной ирфраструлеуры. Məqalə. Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə Bakı 2023;
Dos. Suleymanova G.M. Azərbaycan Respublikasında sosial iqtisadi inkişafında Heydər Əliyevin rolu. Məqalə. Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə, elmi-nəzəri jurnalı. № 1(81) Bakı 2023.
Dos. Qurbanova S.Ş. «Müəssisə rəhbərliyi və işçiləri ilə qarşılıqlı təsir mexanizmlərinin qurulmasının bəzi aspektləri». Dövlət idarəçiliyi nəzəriyyə və təcrübə, elmi-nəzəri jurnal. № 3, Bakı 2023;
Dos. Qurbanova T.H. Müasir dövrdə innovasiyaların səmərəliliyinin artırılması: yeni idarəetmə mexanizmlərinin təşkili, Audit elmi jurnalı, Bakı 2023, №2, səh 86-88.
Dos. Suleymanova G.M. Şərqi Zəngəzurun qısa strateji təhlili. Məqalə. Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş“İdarəetmə və İqtisadiyyatda yeni istiqamətlər və trendlər” mövzusunda Respublika Elmi-Praktik Konfransı. Bakı 2023.
Dos. Qurbanova S.Ş. “Strateji marketinqdə rəhbərliyin yeri və rolu” Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “İdarəetmə və İqtisadiyyatda yeni istiqamətlər və trendlər” mövzusunda. Respublika Elmi-Praktik Konfransı. Bakı 2023.
i.ü.f.d., b/m Nuriyeva N. Ə. “Qeyri-hökumət təşkilatlarında müasir idarəetmə” Məqalə. Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş“İdarəetmə və İqtisadiyyatda yeni istiqamətlər və trendlər” mövzusunda Respublika Elmi-Praktik Konfransı. Bakı 2023.
Baş müəllim Kərimova M.L.“Regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının əhəmiyyəti” Məqalə. Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş“İdarəetmə və İqtisadiyyatda yeni istiqamətlər və trendlər” mövzusunda Respublika Elmi-Praktik Konfransı. Bakı 2023.
Dos. Qurbanova T.H. Azərbaycanda maliyyə mexanizmləri: risklər və onların idarə edilməsi, Azərbaycan Auditorlar Palatası, beynəlxalq elmi-praktiki konfrans, Bakı 2023, 5-6 aprel;
Prof. X.M.Hüseynova “Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” beynəlxalq elmi-praktik konfrans. 19-20 sentyabr 2022. Azərbaycan, Şuşa – Bakı;
Prof. X.M.Hüseynova “Ağadamın işğaldan sonra inkişaf perspektivləri” Beynəlxalq elmi- praktik konfransın materialları 2021;
Prof. X.M.Hüseynova İşğaldan azad edilən ərazilərin bərpası və Azərbaycan iüqtisadiyyatında yeni güc. Dövlət idarəçiliyi. Nəzəriyyə və təcrübə Bakı 2021.