loader image

Dia.edu.az

“DÖVLƏT İDARƏETMƏSİ VƏ MENECMENT” KAFEDRASININ TARİXİ

       Dövlət İdarəçilik Akademiyasının idarəetmə ixtisasları üzrə aparıcı kafedrardan biri olub 1999–cu ildən fəaliyyət göstərir. Kafedra öz missiyasını Respublikamızın idarəetmə sahəsində müasir tələblərə cavab verən yüksək ixtisaslı kadrlara olan tələbatının ödənilməsində yüksək peşəkarlıq keyfiyyətlərinə və mənəvi dəyərlərə malik tələbə, magistr, müdavim, doktorantların hazırlanması yolu ilə iştirak etmək, yerli özünüidarəetmə sistemində yerli menecmentin formalaşması və dövlət qulluqcularının yenidən hazirlanması və ixtisasının artırilması ilə baqlı Akademiyanın qarşısında duran vəzifələrin səmərəli şəkildə yerinə yetirilməsinin təmin olunması proseslərində iştirak etmək, kafedranın hər bir əməkdaşının yaradıcılıq imkanlarının tam acılmasına və yeni keyfiyyətllərin aşkara cıxarılmasına imkan verən şəraitni yaradılması, fərdi və kollektiv yaradıcılığının stimullaşdırılması kimi müəyyyənləşdirilmişdir.
       Kafedranın kollektivi Azərbaycan Respublikası qanunvericiliyinə, Təhsil Qanununa, Ali Məktəblər haqqında Əsasnaməyə, Akademiyanın Nizamnaməsinə, ali təhsil müəssisəsinin professor- müəllim heyətinin vəzifələrinə seçilməsi və attestasiyası qaydalarına və bu Əsasnaməyə uyğun olaraq formalaşdırılır və fəaliyyət göstərir.
      Kafedra Dövlət İdarəçilik Akademiyanın bakalavr üzrə (“050404 – Dövlət və bələdiyyə idarəetməsi” və “050408 – Menecment” ixtisasları), magistratura (“60410 – Dövlət və bələdiyyə idarəetməsi” və “60407 – Menecment” ixtisasları), Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının artırılmasında və yenidən hazırlanması prosesinin həyata keçirilməsində iştriak edir.
      Kafedra qarşısındaki məqsədlər aşağıdakı kimi qruplaşdırılır:
      Tədris – metodiki – elmi və tədris – metodiki ədəbiyyyatın işlənib hazırlanması və nəşri ilə idarəetmə elmi və təcrübəsi sahəsində bilikləri yaymaq digər tədris müəssisələrinin uyğun kafedralarına dövlət və bələdiyyə idarəçiliyi məsələləri üzrə metodiki və metodoloji yardım göstərmək. Elmi- pedaqoji – yüksək ixtisaslı elmi –pedaqoji kadrların, iqtisadiyyat üzrə doktorantların hazırlanması, yeni ideyaların sınaqdan cıxarılması;

     Elmi- tədqiqat – müasir Azərbaycanda dövlət və bələdiyyə idarəçiliyinin, menecmentin aktual problemləri ilə bağlı tədqiqatların aparılması, tədqiqatların nəticələrinin elmi məcmuələrdə dərc olunması, kafedra əməkdaşları tərəfindən müxtəlif elmi- praktiki konfranslarda, forumlarda məruzələrlə cıxış edilməsi və s.;
     Təşkilati –metodiki – kafedranın intelektual potensialının və kafedara əməkdaşlarının ixtisasının artırılması;
Analitik – informasiya- ölkənin iqtisadi strategiyasının, idarəetmə münasibətlərinin metodlarının, alətlərinin, sosial- iqtisadi proseslərinin idarə olunmasının səmərəliliyinin təhlili əsasında analitik məruzələrin işlənib hazırlanması, dövrü mətbuatda çıxışı, bu materiallardan dövlət qulluqcularının
yenidən hazırliğı prosesində istifadə olunması, tələbə, magistr və doktorantların fərdi məsləhətlərin verilməsi və s.
      Kafedra Dövlət Standartlarına uyğun Təhsil Proqramları əsasında hazırlanan Tədris Planlarında müasir fənlərin tədrisini, tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə standartların tələbləri saxlanılmaqla, proqramların məzmunun yeniləşdirməyi həyata keçirir. Tədris planlarında praktik yönümlülüyü gücləndirməyə, tələbə, magistr, doktorant və dövlət qulluqcularının hazırlığı prosesində nəzəri və praktiki məsələlərin sıx əlaqəsinin təmin olunmasına imkan verir. Tələbələrin sərbəst işləmək bacarığını inkişaf etdirmək məqsədilə daha yeni və təkmil əyani vasitələrdən istifadə olunmasına üstünlük verilir. Tədris prosesində kafedra öz işini məqsədyönlü şəkildə quraraq, müasir tədris texnologiyalrıını içlənib hazırlanması və tətbiqinə, təlimin metodlarının və məzmunun təkmilləşdirilməsinə çalışır. Belə ki, tədris prosesində keyslər, testləşdirmə, interaktivlik, işguzar oyunlar, konkret situasiyallarin təhlili kimi aktiv təlim metodlarından istifadəyə cox diqqət yetirilir.
Kafedrada açıq dərslərin keçirilməsi, mühazirələrdə qarşiliqlı iştirak, nəticələrin araşdırılması kimi metodlardan müəllimlərin ixtisasının artırılmasında istifadə olunur.

      Bakalavr “050404 – Dövlət və bələdiyyə idarəetməsi” və “050408 – Menecment” ixtisasları, Magistratura “60410 – Dövlət və bələdiyyə idarəetməsi” və “60407 – Menecment” ixtisasları ixtisaslarının təhsil proqramına müvafiq hazırlanmış tədris planında nəzərdə tutulan fənlər üzrə dərslərin aparılması, təcrübələrin keçirilməsi və elmi-tədqiqat işlərinin yerinə yetirilməsində kafedra qarşısında aşağıdakı vəzifələr müəyyənləşdirmişdir:

 Dövlət və bələdiyyə idarəçiliyi və menecmentlə bağlı baza səciyyəli biliklərin mənimsənməsini, IV sənaye inqilabı dövrünün qeyri- müəyyənliklərini tələbələrə aşılamaq, ixtisas üzrə məlumatları analitik və sistematik şəkildə təhlil edə bilmək qabiliyyəti ilə bağlı kafedrada işlərin aparılması;
 bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş mühazilərələrin, praktiki seminar və digər tədris proseslərinin yüksək elmi-nəzəri səviyyədə aparılması;
 istehsalat təcrübəsi üzrə layihələrə, magistr dussertasiya işlərinə, elmi-pedaqoji, elmi-tədqiqat və digər təcrübələrə rəhbərlik edilməsi;
 semestr imtahanlarının təşkili və keçirilməsi;
 təhsil alanlar arasında tərbiyə işinin təşkili;
 Tələbənin karyera planlaması fənninin mənimsəməsində özünüinkişaf və fürsətlərin dəyərləndirməsi, karyera yol xəritəsinin tərtib olunması bacarıqlarını bilmələrini təmin etmək;
 “Yumşaq bacarıqlar” fənni sayəsində isə tələbə vaxtın effektiv idarə edilməsini, stress menecmentini, kreativ, tənqidi və analitik düşüncə,qərar qəbulu, liderlik və digər bacarıqları tələbəlrə aşılamaq;
 Sərt bacarıqlar” fənni sayəsində tələbələr iş dünyasında ən çox istifadə edilən idarəetmə texnologiyaların səlist istifadə bacarığını, iş həyatında şifahi və yazılı kommunikasiya qaydalarını, rəqəmsal savadlılığı təmin etmək;

 İstehsalat təcrübəsi və elmi-tədqiqat və elmi-pedaqoji təcrübələr üçün təşkilat və müəssisələrin seçilməsi istiqamətində iş aparmaq, tələbə və magitrlərin arzu və təkliflərinin müzakirəsi, istehsalat təcrübəsi keçirilən təşkilat və müəssisələrin rəbərləri ilə görüşlərin keçirilməsi, bu işin daim yaxşılaşdırılması istiqamətində işlərin aparılması;
 kafedraya aid olan ixtisaslar üzrə istehsalat təcrübəsi üzrə layihələrin və magistrlər dissertasiya işlərinin yerinə yetirilməsi, məsləhətlərin verilməsi, müzakirəsi və onların müdafiə olunması işlərini təşkil edir və həyata keçirir;
 kafedrada tədris edilən fənlər üzrə tədris proqramlarının işlənib hazırlanması və müvafiq qaydada təsdiq üçün təqdim olunması, həmçinin digər kafedraların hazırladıqları tədris proqramlarına rəy verilməsi;
 dərslik, dərs vəsaitləri, metodiki rəhbərlik və göstərişlər, dissertasiya işlərində opponentliklə bağlı, əyani vəsaitlər və s. hazırlanması, rəylərin verilməsi;
 magistr pilləsi üzrə elmi-tədqiqat işlərinin (Tədqiqatlar, Kommunikasiya və İnnovasiya, Tədqiqat İşinin aparılması, Elmi-pedaqoji, Elmi-tədqiqat) təşkili və aparılması;
 magistr dissertasiya işlərinin müzakirəsi, tamamlanması nəşr edilməsi üçün rəylərin verilməsi;
 kafedra əməkdaşlarının tədris elmi-metodiki və digər işlərinin fərdi planlarının hazırlanması və həyata keçirilməsi;
 kafedra əməkdaşlarının, həmçinin rektorluğun (fakültənin) tapşırığına əsasən digər iddiaçıların
dissertasiyalarının ilkin müzakirəsinin təşkili və rəy verilməsi;
 aktuallığ təşkil edən mövzularda elmi-praktik konfrans və seminarların təşkili və keçirilməsi.