“Dövlət qulluğu və kadr siyasəti” kafedrası 1999-cu ilin sentyabrından fəaliyyət göstərir. Kafedra akademiyanın bakalavr, magistratura, ixtisasartırma, əlavə təhsil bölmələri üzrə tədris, metodiki, elmi-tədqiqat, elmi-pedaqoji və elmi işçilərin hazırlanması, ixtisaslarının artırılması işlərini həyata keçirir. Eləcə də, Akademiyada dövlət qulluqçularının əlavə təhsili sahəsində həyata keçirdiyi qısamüddətli yenidən hazırlanma və ixtisasartırma proqramlarının dizaynı və həyata keçirilməsi kafedra ilə birlikdə təşkil edilməkdədir.
Tədris planlarında nəzərdə tutulmuş mühazirə və praktiki məşğələlərin yüksək elmi-nəzəri səviyyədə təşkil edilməsi, elmi-tədqiqat işlərinin aparılması, tələbə, magistrant, doktorant və dissertantların elmi-tədqiqat işlərinə rəhbərlik edilməsi, onların müzakirəsinin keçirilməsi, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi və yayılması, elmi-pedaqoji və elmi kadrların hazırlanması, dövlət idarəetmə orqanlarında çalışan dövlət qulluqçularının ixtisaslarının artırılması işlərinin müasir tələblərə uyğun təşkil edilməsi kafedranın qarşısında duran ən mühüm vəzifələrdəndir. Son illərdə Azərbaycanda dövlət idarəçiliyi üzrə həyata keçirilən islahatlarda xüsusilə dövlət qulluğunun təkmilləşdirilməsinə diqqətin artırılması bu istiqamətdə kadr hazırlığını da həyatın tələbinə çevirmişdir.
Kafedra bütün ixtisaslar üzrə kadr hazırlığında öz fənnlərinin tədrisi ilə yaxından iştirak edir. Bakalavr pilləsi üzrə “Dövlət və ictimai münasibətlər” magistratura səviyyəsi üzrə ixtisaslaşmalar “Heyətin idarə edilməsi” və “Dövlət qulluğunun təşkili və idarə edilməsi”,” Gənclərlə iş sektorunun idarə edilməsi və gənclər siyasəti” “Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılmasi” İnstitutu üzrə isə və “Dövlət qulluğunun təşkili və idarə edilməsi” “Gənclərlə iş sektorunun idarə edilməsi və gənclər siyasəti ” magistr proqramı üzrə mütəxəssis hazırlığı istiqamətlərini kafedra aparır. Kafedra müəllimləri tərəfindən 50-dən yuxarı dərslik, dərs vəsaiti və monoqrafiya nəşr olunmuşdur. Azərbaycan, rus, türk, ingilis dillərində yüzlərlə məqalə çap olunmuşdur.