loader image

Dia.edu.az

Azərbaycan Respublikasının Prezidenti yanınıda Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin əsas tədris struktur bölmələrindən biri olan, bir neçə yaxın fənlər üzrə tədris, metodiki, elmi tədqiqat, elmi-pedaqoji və elmi işçilərin hazırlanması, yenidən hazırlanması, ixtisaslarının artırılmasını və təhsilalanlar arasında tərbiyə işlərini həyata keçirən Hüquq kafedrası Azərbaycan Respublikasında demokratik hüquqi dövlət  quruculuğunun müasir mərhələsində  dövlət idarəçilik sahəsi üçün yüksək ixtisaslı mütəxəssislərin – hüquqşünas kadrların hazırlanması işinin müasir tələblərə uyğun qurulması, onların peşəkarlıq səviyyəsinin artırılması, dövlət quruculugu və hüquq sahəsində elmi tədqiqatların aparılmasının təşkili və həmin sahənin analitik-informasiya təminatının möhkəmləndirilməsi məqsədilə  DİA-nın Böyük Elmi Şurasının 29 yanvar     2016-cı il tarixli qərarı ilə Akademiyanın  Dövlət quruculuğu və hüquq  və Dövlət idarəçiliyinin hüquqi təminatı kafedralarının bazasında yaradılmışdır.

Tədris planlarında nəzərdə tutulmuş mühazirə və praktiki məşğələlərin yüksək elmi-nəzəri səviyyədə təşkil edilməsi, imtahan və yoxlamaların keçirilməsi, elmi-tədqiqat işlərinin aparılması, tələbə, magistrant, doktorant və dissertantların elmi-tədqiqat işlərinə rəhbərlik edilməsi, onların müzakirəsinin keçirilməsi, qabaqcıl pedaqoji təcrübənin öyrənlməsi və yayılması, gənc müəllimlərin pedaqoji ustalığının artırılması, elmi-pedaqoji və elmi kadrların hazırlanması, dövlət idarəetmə orqanlarında çalışan dövlət qulluqçularının ixtisaslarının artırılması işlərinin müasir tələblərə uyğun təşkil edilməsi kafedranın qarşısında duran ən mühüm vəzifələrdəndir.

Hazırda kafedranın ümumi dərs yükü 10029 saatdır. Onun 5515 saatı auditoriya dərsləri olmaqla 2760 saatı mühazirə, 2755 saatı seminar məşgələlərindən ibarətdir. 2016-2017-ci tədris ilində kafedranın professor-müəllim heyəti tərəfindən 600 saatlıq bakalavr buraxılış işlərinə, 650 saatlıq magistr dissertasiyalarına, 362 saatlıq doktorant və dissertantlara rəhbərlik həyata keçirilməkdədir. Fəaliyyət göstərdiyi illər ərzində kafedrada hüquq elmləri üzrə 1 nəfər elmlər doktoru, 20 nəfərdən artıq fəlsəfə doktoru hazırlanmış, müxtəlif dissertasiya şuraları tərəfindən göndərilmiş çoxsaylı dissertasiya işlərinə aparıcı təşkilat qismində rəylər hazırlamışdır.

Hazırda kafedrada dövlət hüququ və idarəetməsi ixtisasları üzrə 17 nəfər magistrant, konstitusiya və bələdiyyə hüququ ixtisası üzrə 9 nəfər doktorant və dissertant vardır. Bütün bu vəzifələri yerinə yetirmək üçün kafedranın fəaliyyətinə 14,5 ştat vahidi və 5 nəfər saathesabı yolla olmaqla 29 nəfərdən ibarət ibarət professor-müəllim heyəti cəlb edilmişdir. Bunlardan əlavə digər elmi müəssisə və təşkilatlarda çalışan 4 nəfər hüquq üzrə elmlər doktoru, professor saat hesabı yolla doktorant və dissertant hazırlığı prosesinə elmi rəhbər kimi cəlb edilmişdir. Bütövlükdə kafedranın fəaliyyətinə       4 nəfər  hüquq üzrə elmlər doktoru, professor, 8 nəfəri dosent olmaqla 16 nəfər  hüquq elmləri üzrə fəlsəfə doktoru, 4 nəfər  baş müəllim cəlb edilmişdir.

Kafedranın kollektivi Azərbaycan Respublikasının Konstitusiyasına və cari qanunvericiliyinə, o cümlədən “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Nizamnaməsinə, ali təhsil müəssisəsinin professor-müəllim heyətinin vəzifələrə seçilməsi haqqında Əsasnaməyə və kafedranın Əsasnaməsinə uyğun olaraq formalaşdırılır və fəaliyyət göstərir.

Tədris prosesi ilə bərabər kafedranın kollektivi tərəfindən elmi-tədqiqat işləri də aparılır. Dövlət İdarəçilik Akademiyasının ümumi elmi fəaliyyətinin tərkib hissəsi olan bu fəaliyyət Azərbaycanda dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi istiqamətində Azərbaycanda dövlət idarəçiliyi sistemində innovative inkişafın aktual problemlərinin elmi tədqiqatının aparılmasını nəzərdə tutur.  Hazırda kafedra həmin problemə aid olan “Dövlət idarəçilik sisteminin  təkmilləşdirilməsinin müasir hüquqi problemləri” adlı elmi-tədqiqat mözvusu üzərində işləyir.

Kafedranın kollektiv idarəetmə orqanı onun iclasında öz səlahiyyətlərini həyata keçirən kafedra kollektividir. Kafedra iclaslarının tərkibi müzakirə olunan məsələlərə əsasən müəyyən edilir.

Kafedra iclasları zərurət olduqda, ancaq ayda bir dəfədən gec olmayaraq (məzuniyyət dövrü istisna olunmaqla) çağırılır.

Kafedra iclaslarında aşağıdakı məsələlər müzakirə və təsdiq edilir:

– kafedranın bütün fəaliyyət növləri üzrə, eyni zamanda müəllimlərin, elmi, tədris, yardımçı  heyətin, doktorantların, staj keçənlərin və fərdi planla təhsil alan tələbələrin plan və hesabatları;

– kafedra tərəfindən tədris olunan kurslar üzrə tədris vəsaitləri, proqramlar, imtahan materiallarının müzakirə və təsdiq edilməsi;

– müəllimlərin tədris yükünün müəyyən edilməsi və bölünməsi;

– kafedra tərəfindən təşkil edilən seminarların, konfransların, sərgilərin və s. tematikası;

– kurs işi, buraxılış işi və dissertasiya layihələrinin tematikası, rəhbərlərin və rəy verənlərin təyini, layihələrin müzakirəsi və müdafiəyə buraxılması;

– elmi və metodiki işlərin nəşr olunma qaydalarına dair təqdimatların verilməsi;

– müəllim və elmi işçilərin işə qəbulu, onlarla müqavilə bağlanması, mövcud Əsasnaməyə uyğun olaraq onların vəzifə maaşına əlavələrin təyin edilməsi;

– işçilərin və təhsil alanların həvəsləndirilməsi və ya cəzalandırılması;

– kafedraların müəllimlərinin, elmi işçilərin və digər əməkdaşların tutduqları vəzifədən kənar edilməsi;

Kafedranın fəaliyyətinə Azərbraycan Respublikasinin Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Böyük Elmi Şurası tərəfindən seçilən, rektorun əmri ilə vəzifəyə təyin edilən kafedra müdiri rəhbərlik edir.