“Qafqaz Dövlət İdarəçiliyi Araşdırma və Tədris Mərkəzi”
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçularının hazırlanması işinin təkmilləşdirilməsi, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, nəzəri biliklərinin artırılması məqsədilə Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutu (TODAİE) ilə birgə “Qafqaz Dövlət İdarəçiliyi Araşdırma və Tədris Mərkəzi” yaradılmışdır. Mərkəzin təşkil olunmasında əsas məqsədlərdən biri də dövlət idarəçiliyi sahəsində elmi araşdırmalar aparmaq, dövlət qulluqçularına və bələdiyyə nümayəndələrinə dünyada və ölkəmizdə dövlət idarəçiliyi sahəsindəki yenilikləri çatdırmaqdan ibarətdir.
26 yanvar 2015-ci il tarixində Akademiyada Mərkəzin açılış mərasimi təşkil olunmuşdur. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Akademiyanın professor-müəllim heyəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov, Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirinin müşaviri Əhməd Ərdəm, Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun (TODAİE) Baş Direktoru professor Onur Ender Aslan və TODAİE-nin bir qrup professor-müəllim heyəti, Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Alper Coşqun və Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) nümayəndələri iştirak etmişdirlər. Mərkəz ən müasir elektron avadınlıqlar, elektron lövhə, kompüterlər və dövlət idarəçiliyinə aid zəngin elmi ədəbiyyatla təchiz olunmuşdur. Mərkəzin yaradılmasında Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) böyük dəstəyi olmuşdur.
Mərkəzin araşdırma və təhsil sahəsindəki fəaliyyəti:
-Qarşılıqlı maraq kəsb edən mövzularda birgə araşdırmaların aparılması;
-Təhsil və araşdırma aparmaq məqsədi ilə təhsil və araşdırma heyəti mübadiləsini həyata keçirmək;
-Qısa müddətli təhsil proqramlarının təşkil olunması;
-Müştərək magistr tədris proqramlarını açmaq;
-Nəzəri, təşkilati və elmi-praktiki konfranslar, seminarlar təşkil etmək və
bunların materiallarının nəşr edilməsi;
-Birgə elmi işlər həyata keçirmək;
-Çap materiallarının mübadiləsini həyata keçirmək;
-Mədəni mübadilə proqramlarını təşkil etmək;
-Magistr və doktorantura dərəcələrində təhsil alan tələbələrin mübadiləsi və səfərlərin təmin olunması üçün lazımı şərtləri təmin etmək;
-Dövri nəşr təsis etmək.
Mərkəzdə aşağıdakı tədbirlər keçirilmişdir:
–“Yüksək Vəzifəli Dövlət Qulluqçularının Təhsili” (26-30 yanvar 2015-ci il)
–“Bələdiyyə idarəçiliyinin aktual problemləri” (17 mart 2015-ci il)
–“Bələdiyyə idarəçiliyinin aktual problemləri” və “Dövlət qulluğu sistemi və təcrübə” istiqamətləri üzrə ixtisasartırma kursları (30 noyabr-4 dekabr 2015-ci il)
–“Azərbaycanın innovativ davamlı inkişaf modeli” (17 dekabr 2015-ci il)
17 mart 2015-ci il tarixində keçirilən “Bələdiyyə idarəçiliyinin aktual problemləri” kursu çərçivəsində dinləyicilər beş günlük Türkiyədə təcrübə mübadiləsi keçmişlər. Dinləyicilər Türkiyədə olarkən Ankara Büyükşehir və Keçiören bələdiyyələrini ziyarət etmiş, onların fəaliyyəti ilə yaxından tanış olmuşlar. Bələdiyyə sədrləri həmçinin TODAİE-də olmuş, institutun rəhbərliyi və kollektivi ilə görüşmüşlər. Səfər zamanı bələdiyyə sədrləri İçişler Bakanlığı Mahalli İdareler Genel Müdürlüyünü və Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyini də ziyarət etmişlər.
–Dövlət İdarəçilik Akademiyasında Turkiyənin yüksək vəzifəli dövlət qulluqçuları üçün təlim-seminarlar keçirilib (10 may 2016)