Institutun direktoru- Professor Nuriyev Əli Xudu oğlu
İnstitutun elmi-tədqiqat fəaliyyətinin əsas istiqamətini qloballaşma və modernləşmə proseslərini nəzərə almaqla dövlətlərarası coğrafi-iqtisadi rayonlarda və Respublika daxili regionlarda Azərbaycan Respublikasının sosial-iqtisadi mənafeyinin, dövlətin regional sosail-iqtisadi inkişaf siyasəti və strategiyasının reallaşması, regional iqtisadi təhlükəsizliyin təmin edilməsi yolları və vasitələrinin araşdırılması təşkil edir.Regional iqtisadi və sosial araşdırmalar institutu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında əsas elmi-tədqiqat strukturlarından biridir. İnstituta AMEA-nın müxbir üzvü, i.e.d., professor Ə.X.Nuriyev rəhbərlik edir. Bu institut 2002-ci ilin oktyabr ayından Dövlət İdarəçilik Akademiyasında AMEA-nın müxbir üzvü, i.e.d., professor Ə.X.Nuriyevin rəhbərliyi altında yaranıb 2012-ci ilin iyul ayınadək fəaaliyyət göstərmiş Geostrateji Araşdırmalar Mərkəzinin yenidən qurulması nəticəsində yaranmışdır. İnstitutun əsas məqsədi dünyada gedən qloballaşma və modernləşmə proseslərini nəzərə almaqla, Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı siyasəti, regionların davamlı, tarazlı inkişafı problemləri, regional təhlükəsizlik məsələləri üzrə nəzəri və tətbiqi xarakterli tədqiqatlar aparmaq əsasında dövlət regional siyasətinin müəyyənləşməsi və işlənib hazırlanması üçün yardımçı ola biləcək elmi-konseptual, analitik-informasiya xarakterli materiallar hazırlamaq və proqnozlar verməkdir. Buna ehtiyac olan hallarda hazırlanmış materiallar müvafiq rəsmi orqanlara təqdim edilir. İnstitutun əməkdaşları öz tədqiqatlarının nəticələr üzrə elmi konfrans, dəyirmi masa, nəzəri seminar təşkil edir. Dövlət İdarəçilik Akademiyasında, digər elm və təhsil müəssisələrində keçirilən müvafiq tədbirlərdə iştirak edir. İnstitut öz əməkdaşlarının cəlb olunması və təqdim etdiyi analitik informasiyalarla ölkənin regional inkişaf siyasətinin hazırlanmasında, Azərbaycan Regionlarının dünya iqtisadiyyatına inteqrasiyası yollarının əsaslandırılmasında, elmi biliklərin təbliğində iştirak edir, Azərbaycan regionlarının hərtərəfli inkişafına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə xidmət göstərir. İnstitutda 2011-2013-cü ilərdə “Azərbaycanın uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyası və onun reallaşması mexanizmləri” mövzusu tədqiq olunmuşdur. Tədqiqatda Azərbaycanın daxil olduğu yeni dövrün xüsusiyyətləri açıqlanmış, Azərbaycanın uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyasının əsas konturları ümumilikdə və beşilliklər üzrə müəyyənləşdirilmişdir. İnstitut 2014-cü ildən başlayaraq Azərbaycan regionlarının davamlı inkişafı və idarə olunmasının təkmilləşməsi problemi üzrə “Davamlı regional inkişaf və əmək potensilından səmərəli istifadənin konseptual əsasları” mövzusu üzərində işləyir. Mövzunun tədqiqinin 2016-cı ildə başa çatması nəzərdə tutulur. İnstitutun kollektivi 5 nəfərdən ibarətdir.
Telefon- | (994 012)492-89-31 |
E-mail- | regec@dia.org.az |