İnstitut Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəzdində 1999-cu ildən fəaliyyət göstərən “Rəhbər kadrların ixtisasının artırılması” fakültəsinin bazasında yaradılmışdır. İnstitutun tərkibinə daxil olan “Rəhbər kadrların fasiləsiz təhsili mərkəzi”ndə keçirilən kurslara hər il yerli və mərkəzi icra orqanlarında çalışan dövlət qulluqçuları cəlb olunur. Kurslarda Azərbaycan Respublikasının Prezident Administrasiyanın yüksək vəzifəli dövlət qulluqçuları, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları, nazirlər və nazir müavinləri, dövlət komitələrinin sədrləri, Azərbaycan Respublikasının qanunverici və icra hakimiyyəti orqanlarının rəhbər işçiləri, təcrübəli mütəxəssislər, DİA-nın və ölkənin ali məktəblərinin alimləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri təlim və seminarlarda müxtəlif mövzularla çıxış edirlər.
“Rəhbər kadrların fasiləsiz təhsili mərkəzi”ndə dövlət idarəçiliyi istiqamətində, həmçinin dövlət qulluğunun müvafiq sahələri üzrə peşəkar şəxslər üçün kurslar, geniş səyyar kurs və seminarlar, dəyirmi masa və distant təlimlər təşkil olunur və müxtəlif istiqamətlərdə təlim proqramları və modullar hazırlanır.
İnstitutun strukturu:
Direktor- professor, p.e.d. Gülnarə Qurbanova 1999-cu ildən bugünədək Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasında müxtəlif vəzifələrdə işləyib, 2012-2013-cü illərdə “Rəhbər kadrların yenidən hazırlanması” fakültəsinin dekanı, 2013-cü ildən hal-hazıradək “Rəhbər dövlət idarəçiliyi kadrlarının ixtisasının artırılması” institutunun direktoru vəzifəsində çalışır. Professor G.Qurbanovanın Dövlət idarəçiliyi, dövlət qulluğunda təhsil, etika, sosial psixologiya, pedaqogika, akmeologiya, sahələrində məqalələri və elmi əsərləri vardır. e-mail:(ggurbanova@dia.edu.az Tel: (012) 492 75 90)
Baş metodist –Məcidova Lütviyə Məcid qızı 2008-ci ildən hal- hazıradək “Rəhbər dövlət idarəçiliyi kadrlarıının ixtisasının artırılması” institunun “Rəhbər kadrların fasiləsiz təhsili mərkəzi”ndə baş metodist vəzifəsində fəaliyyət göstərir, təlim proqramları və modulların təhsil metodlarını tərtib edir. Aparıcı mütəxəssis-Qaybalıyeva Nairə Əhməd qızı 2014-cü ildən hal-hazıradək “Rəhbər dövlət idarəçiliyi kadrlarıının ixtisasının artırılması” institunda aparıcı mütəxəssis vəzifəsində fəaliyyət göstərir uzun və qısamüddətli kursların keçirilməsi üzrə proqramları tərtib edir.
Mütəxəssis-Hacıyev Cahangir Qəhrəman oğlu 2013-cü ildən Dövlət İdarəçilik Akademiyasında “Rəhbər dövlət idarəçiliyi kadrlarıının ixtisasının artırılması” institunda mütəxəssis vəzifəsində fəaliyyət göstərir və proqramların bazasını idarə edir, təkmilləşdirir.
Mütəxəssis-Ağayeva Rəfiqə Rafael qızı 2021-ci ildən hal-hazıradək Dövlət İdarəçilik Akademiyasında “Rəhbər dövlət idarəçiliyi kadrlarıının ixtisasının artırılması” institutunda mütəxəssis vəzifəsində fəaliyyət göstərir və proqramların bazasını idarə edir, təkmilləşdirir.
Telefon- | (994 012)492-75-90 |
E-mail- | pdss@dia.org.az |
dekanlıq@mail.ru |