Kafedra Dövlət Standartlarına uyğun olaraq Təhsil Proqramları əsasında bakalavr (“050404 – Dövlət
və bələdiyyə idarəetməsi” və “050408 – Menecment” ixtisasları), magistratura (“60410 – Dövlət və
bələdiyyə idarəetməsi” və “60407 – Menecment” ixtisasları) Tədris Planlarının hazırlanmasını,
seçmə fənnlər üzrə müasir fənlərin tədrisini, tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə
standartların tələbləri saxlanılmaqla, proqramların məzmunun yeniləşdirməyi həyata keçirir.
Tələbələrin sərbəst işləmək bacarığını inkişaf etdirmək məqsədilə daha yeni və təkmil əyani
vasitələrdən istifadə olunmasına üstünlük verilir. Tədris prosesində kafedra öz işini məqsədyönlü
şəkildə quraraq, tədris olunan fənnlərin müasir texnologiyalrıını işlənib hazırlanması və tətbiqinə,
təlimin metodlarının və məzmunun təkmilləşdirilməsinə çalışır. Belə ki, tədris prosesində keyslər,
testləşdirmə, interaktivlik, işguzar oyunlar, konkret situasiyallarin təhlili kimi aktiv təlim
metodlarından istifadəyə çox diqqət yetirilir.