13.04.1987 – ci ildə Bakı şəhərində anadan olub.
2014 –cü ildən indiyə kimi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasınında işləyir. Siyasət nəzəriyyəsi, politologiya, demokratiya və vətəndaş cəmiyyəti, parlamentarizm: tarix və müasirlik, siyasi institutlar, milli təhlükəsizlik, konfliktologiya, siyasi konsaltinq kimi fənləri tədris edib. 2021 –ci ilin 1 oktyabr tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Sosial iş, təlim – tərbiyə və təşkilati məsələlər üzrə müşavir vəzifəsində işləyib. 2024 -cü ilin 1 mart tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektorunun ictimaiyyətlə əlaqələr məsələləri üzrə müşaviridir.
İctimai – siyasi fəaliyyət ilə məşquldur. 2019-2021 –ci illərdə televiziya kanallarında analitik proqramlarının müəllifi və aparıcısı olub. 44 günlük müharibə dövründə APA informasiya agentliyində azərbaycanca, rusca və ingiliscə analitik məqalələr yazıb.
Mütamadi olaraq beynəlxalq konfranslarda iştirak və çıxışlar edir, yerli və xarici mediaya müsahibələr verir. Respublika səviyyəsində 2022 -ci ildə “Tarixi qələbənin siyasi – ideoloji əsasları”, 2023 -cü ildə “Qərbi Azərbaycan irsinin tanıdılmasında Ümumilli lider Heydər Əliyevin rolu” kimi ümumrespublika seminarlarını təşkil edib. 2022 -ci ilin dekabrında Bakıda xarici səfirlərin və diplomatların iştirakı ilə “Azərbaycanlıların timsalında dünyada xalqların deportasiyası problemi: hazırkı durum və çağırışlar” adlı dəyirmi masanın təşkilatçısı olub. 2024 -cü ilin may ayında İtaliya parlamentində yerli ekspert, iş adamları və siyasətçilərin iştirakı ilə “İtaliya, Avropa İttifaqı və Azərbaycan arasında əlaqələr: enerji təhlükəsizliyi və xarici siyasət” adlı tədbirin təşkilatçısı olub.
2023 -cü ildə çap edilən “Qərbi Azərbaycan: tarixi -siyasi həqiqətlər” adlı kitabın layihə rəhbəri olub.
2 fevral 2024 -cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib. 10 dekabr 2024 -cü ildə Prezident İlham Əliyev tərəfindən “COP 29”-da fəal iştirakına görə Təşəkkürnamə ilə təltif edilib.
İngilis və rus dillərini bilir.