loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında Bilik Günü qeyd edilib
Sen 15 , 2015 – 01:01

15 sentyabr 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında «Bilik Günü » münasibətilə tədbir keçirilib. Tədbiri dövlət himni səsləndikdən sonra təbrik nitqi ilə açan rektor, akademik Urxan Ələkbərov tələbə və magistr adını qazananları, onların valideynlərini «Bilik Günü» münasibətilə təbrik edib. Rektor müstəqil dövlətimizin qurucusu Ulu Öndər Heydər Əliyevin elm və təhsilin inkişafına daim böyük önəm verdiyini, Ümummilli Liderin siyasətinin bu gün də ölkə başçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Natiq, Prezident İlham Əliyevin elm və təhsillə bağlı imzaladığı bir çox sənədlərin əhəmiyyətini diqqətə çatdırıb. Ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, İdarəçilik Akademiyasında qazanılan uğurlardan bəhs edərək, bu ildə Dövlət İdarəçilik Akademiyasına qəbul olanların əksəriyyətinin yüksək balla daxil olduqlarını diqqətə çatdırıb. Rektor bildirib ki, Dövlət İdarəçilik Akademiyası gənc nəslin təlim-tərbiyəsində, təhsilində, idarəçi kadrların hazırlanmasında öz istiqaməti olan müəssisələrdəndir. Rektor son illərdə ölkənin inkişaf tempindən bəhs etmiş, müasir dövrdə dövlətin gücü və qüdrəti onun təbii sərvətləri ilə yanaşı, eləcədə insan potensialı ilə müəyyən olunduğunu qeyd etmişdir.

Daha sonra Tarix kafedrasının müdiri, professoru Firdovsiyə Əhmədova, Siyasi idarəetmə fakültəsinin dekanı prof. Zaur Bağırov, İnzibati idarəetmə fakültəsinin dekanı prof. Çingiz İsmayılov, Siyasi-idarəetmə fakültəsi, Hüquqşünaslıq ixtisası üzrə ən yüksək 700 bal toplayan tələbə Əfəndiyeva Xəyalə, İnzibati-idarəetmə fakültəsi, “İqtisadiyyat” ixtisası üzrə ən yüksək 682 bal toplayan tələbə Qədirli Elnur, valideynlər adından Zəfər Novruzov və digərləri çıxış edərək təbriklərini bölüşdülər.