loader image

Dia.edu.az

Dövlət Qulluğu üzrə Astana Regional Xabın Rəhbər Komitəsinin sədri Alixan Baimenov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında olub

19 dekabr 2022-ci il tarixlərində Dövlət Qulluğu üzrə Astana Regional Xabın Rəhbər Komitəsinin sədri Alixan Baimenov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında qonaq olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov çıxış edərək davamlı inkişaf, inklüziv cəmiyyətin formalaşması üçün dövlət idarəçiliyinin yeni texnologiyaları sahəsində ölkənin əldə etdiyi uğurları qeyd edib. Rektor diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası qlobal miqyasda prioritet kimi qəbul edilən inklüziv inkişafın səmərəli planlaşdırılması və idarə edilməsi üzrə dünya lideridir. İnklüziv inkişaf sahəsində Azərbaycan Respublikasının yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsinin təməlində Prezident İlham Əliyevin innovativ dövlət idarəçiliyi strategiyasının olduğu xüsusi vurğulanıb. Qazanılan uğurların 44 günlük Vətən müharibəsindəki parlaq Qələbədə böyük rolunun olduğuna diqqət çəkilib. Bildirilib ki, Azərbaycanın hazırkı davamlı inkişafı dövlət idarəçiliyi sahəsində reallaşdırılan ardıcıl uğurlu islahatların nəticəsidir. Daha sonra çıxış edən Dövlət Qulluğu üzrə Astana Regional Xabın Rəhbər Komitəsinin sədri Alixan Baimenov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında çalışan və təhsil alanlarla görüşündən məmnunluq duyduğunu bildirib. Belə bir görüşün təşkili üçün Akademiyanın rəhbərliyinə minnətdarlıq edib. Qeyd edib ki, aparılan müzakirələrin Xaba üzv dövlətlər arasında mövcud əməkdaşlığa, gələcək islahatlara müsbət töhfə verəcəyinə inandığını bildirib. İnsan potensialının dövlət idarəçiliyində səmərəli istifadə olunması və əhəmiyyəti, onların potensialından səmərəli istifadə və keyfiyyətli ictimai xidmətlərin göstərilməsində insan resurslarının rolunu qeyd edib. Eyni zamanda interaktiv vasitə ilə keçmiş və gələcək inkişaf mərhələlərinin müayisəli təhlilini verib. Dövlət Qulluğu üzrə Astana Regional Xabın Rəhbər Komitəsinin sədri Alixan Baimenovun məruzəsi çox maraqla qarşılanıb və iştirakçıların sualları cavablandırılıb. Qeyd edək ki, Dövlət Qulluğu üzrə Astana Regional Xab isə 25 iştirakçı ölkə və 5 beynəlxalq təşkilat tərəfindən yaradılan effektiv tərəfdaşlıq və şəbəkə platformasıdır.