loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasının professoruna fəxri mükafat verilib

Martın 18-də Bakıda, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Dünya Söz Akademiyasının fəxri üzvü Fuad Məmmədov, beynəlxalq “Qlobus” mükafatı ilə təltif olunub. Dünya Söz Akademiyasının prezidenti, akademik Xayrattin İvgin tərəfindən təqdim olunmuş bu mükafat, Azərbaycan kulturologiyasının dünya kulturologiya elminə, təhsilinə və maarifinə, mütərəqqi ideyaların, innovativ təfəkkürün və bəşər mədəniyyətləri arasında dialoqun inkişafına verdiyi töhfənın növbəti yüksək qiymətləndirilməsi oldu. 35 ilə yaxın yaradıcılıq fəaliyyəti dövründə “Simurq” AMA-nın Azərbaycan xalqının və bütün bəşəriyyətin ruhi (intellektual və mənəvi) mədəniyyətinin inkişafına xidmətində, dünya kulturologiyasının, o cümlədən mədəniyyətlərin və sivilizasiyaların dialoqunun inkişafına verdiyi töhfələr, altı beynəlxalq akademiya tərəfindən qiymətləndirilib. “Simurq” Pitirim Sorokin Beynəlxalq İnstitutu, YUNESKO-nun Sülh Mədəniyyəti İnstitutu, Misir Təhsil Nazirliyinin qızıl medalları, “Dövrün yaradıcısı” beynəlxalq orden, “Brahma Kumaris” Ümumdünya Universitetinin ən yüksək mükafatı “Ali cisimsiz ruh” və digər beynəlxalq mükafatlara layiq görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.