Dia.edu.az

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının sədri mükafata layiq görülüb
01 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası Gənclər Fondu və Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Tələbə Gənclər Təşkilatlarının “I Strateji Planlaşdırma Forumu” baş tutmuşdur. Tədbir zamanı panel müzakirələr təşkil edilmiş, TGT sədrləri ilə qarşılıqlı diskussiyalar aparılmışdır. 
Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının sədri Murad Həsənxanlı nümunəvi fəaliyyətinə görə “İlin TGT sədri” nominasiyası üzrə fəxri mükafata layiq görülmüşdür.
 
Kollektiv adından Murad Həsənxanlını təbrik edir və yeni-yeni uğurlar arzu edirik.