preloader-matrix

Dia.edu.az

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş “Naxçıvan Muxtar Respublikası 90: innovativ, davamlı inkişaf modeli” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir
Sen 29 , 2014 – 05:47

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 14 yanvar tarixli Sərəncamı icrasını rəhbər tutaraq “Naxçıvan Muxtar Respublikası 90: innovativ, davamlı inkişaf modeli” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Elmi-praktiki konfransı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akdemik Urxan Ələkbərov açaraq böyük tarixə malik Naxçıvan barədə danışmış,  
Müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmləndirilməsi, Azərbaycanda demokratik dəyərlərin bərqərar olması kimi ali amallara xidmət edən Heydər Əliyevin Naxçıvandakı xidmətlərini xatirlatdı.

Rektor ölkəmizdə qazanılan bütün nailiyyətlərin Ulu Öndərin dühasının bəhrəsi olduğunu bildirmiş, onun ideyalarının əbədi yaşayacağını qeyd etmişdir. O, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğur və yaradıcılıqla davam etdirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın əldə etdiyi misilsiz uğurları qeyd etmişdir.

Elmi-praktiki konfransda  Milli Məclisin üzvü, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov “Naxçıvan 90: mədəni, iqtisadi, sosial dirçəliş”, Milli Məclisin üzvü, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan dövlətçiliyinin tarixində Naxçıvanın muxtariyyətinin rolu və əhəmiyyəti, Milli Məclisin üzvü, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Naxçıvanın  muxtariyyət statusu”, Milli Məclisin üzvü, DİA-nın Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının professoru Musa Qasımlı “Ərazi bütövlüyü uğrunda naxçıvanlıların mübarizəsi (1918-1920)”, DİA-nın Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirov Naxçıvan Muxtar Respublikasının beynəlxalq əməkdaşlıq siyasəti və onun reallaşması mexanizmləri (1990 iyul-1993 iyun)”, DİA-nın Elmi Təşkilat şöbəsinin müdiri, siyasi e.f.d., dosent Rəcəb Rəhimli “Naxçıvan Muxtar Respublikasının səmərəli idarəçilik sistemi davamlı inkişafın təminatçısıdır” mövzularında elmi məruzələrlə çıxış etmişlər.

Məruzələrdə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamının böyük əhəmiyyət kəsb etdiyi bildirilmiş, Naxçıvan MR-in keçdiyi tarixi inkişaf yolundan ətraflı söhbət açılmış, ümummilli lider Heydər Əliyevin Naxçıvanda tarixi fəaliyyəti xüsusilə qeyd edilmişdir. Ölkəmizin digər regionları ilə yanaşı, Naxçıvana da dövlət tərəfindən xüsusi qayğı göstərildiyi bildirilmişdir. Natiqlər Ümummilli Liderin o illərdə Naxçıvanda yaşayıb işləməsinin Naxçıvanın bugünkü mövcudluğuna və inkişafına şərait yaratdığını, Naxçıvanda işlədiyi dövrdə onun təşəbbüsü və rəhbərliyi ilə qəbul olunan bir sıra qərarların sonradan Azərbaycanın da müstəqilliyinin qorunub saxlanılmasında, Azərbaycanın çiçəklənməsində əvəzsiz rola malik olduğunu qeyd etmiş, Ulu Öndərin vətən və xalq qarşısındakı misilsiz xidmətləri, ölkəmizin müasir inkişaf tarixinin Ulu Öndərin adı ilə bağlı olduğu, onun yenidən hakimiyyətə qayıdışı Müstəqil Azərbaycanın qurtuıuşunun, müstəqilliyinin, davamlı inkişafının əsası qoyulduğu diqqətə çatdırmışdır.

Elmi-praktik konfransda Naxçıvanın 90 illik tarixi inkişaf yoluna həsr edilmiş film nümayiş etdirilmişdir.