preloader-matrix

Dia.edu.az

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Firdovsiyyə Əhmədova onlayn seminarda çıxış edəcək

2020 – ci il dekabrın 11-də 11:30 – 12: 30 arasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  Ankara Sosial Bilimlər Universiteti Kürəsəl Köç Araştırmaları və Uyğulamaları Mərkəzi ilə birgə “Azərbaycanlı qaçqınlığı: talan, işğal, qətliam və zəfər qayıdışı” mövzusunda onlayn seminarı keçiriləcəkdir. Seminarda DİA-nın Tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin 30 ildən artıq sürən dönəmində azərbaycanlıların məruz qaldığı qaçqın, köçkün həyatı, həmçinin dövlət tərəfindən görülmüş müvafiq tədbirlər haqqında məlumat verəcəkdir. Azərbaycanın 44 günlük müharibə dönəmində əldə etdiyi şanlı zəfərdən sonra qaçqın və köçkünlərin müqəddəratı məsələlərindən də bəhs ediləcəkdir. Mövzu ilə bağlı müzakirə də nəzərdə tutulubdur.