preloader-matrix

Dia.edu.az

“Azərbaycan Xalq Cümhuriyyəti-100: tarixi irs və müasirlik” istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursu keçirilmişdir
May 19 , 2018 – 11:02

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan Xalq Cümhuriyyəti-100: tarixi irs və müasirlik” istiqaməti üzrəqısamüddətli  ixtisasartırma kursu keçirilmişdir. Kursa şəhər və rayon İcra Hakimiyyəti başçılarının müavinləri, ictimai-siyasi və humanitar məsələlər üzrə şöbələrin müdirləri vəzifəsində çalışan müvafiq dövlət qulluqçuları cəlb olunmuşlar.

            Bu istiqamətdə kursun əsas məqsədi Müasir Azərbaycanın innovativ idarəetmə modeli: ölkənin nailiyyətləri beynəlxalq təşkilatların hesabatlarında, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində və dövründə regionda ictimai-siyasi vəziyyət, Azərbaycanın Xalq Cümhuriyyətinin xarici siyasəti, Cümhuriyyətin milli-mədəni quruculuq fəaliyyəti və s. problemlərlə  bağlı biliklərin dinləyicilərə çatdırılması və onlar ilə fikir mübadiləsinin aparılması idi.

       Kurs ərzində “Azərbaycan Xalq Cümhuriyyəti-100: tarixi irs və müasirlik” istiqaməti üzrə – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Musa Qasımlı, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor, Bədirxan Əhmədov, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Akademiyasının dosenti Mehman Süleymanov, DİA-nın dosenti Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova və dosent Hüquq I kafedrasının dosenti Rahib Əkbərov  müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər. 

            Kursun sonunda Akademiyanın rektoru akademik Urxan Ələkbərov və Akademiyanın Tədris İşləri üzrə I prorektoru professor Əlikram Abdullayev  dinləyicilər qarşısında çıxış etmiş və onlara kursu müvəffəqiyyətlə bitirdiklərinə görə sertifikatlar təqdim edərək   gələcək işlərində uğurlar arzu etmişlər.