preloader-matrix

Dia.edu.az

“Azərbaycançılıq və multikulturalizm” mövzusunda respublika elmi konfrans keçirilib
May 07 , 2018 – 11:00

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Azərbaycançılıq və multikulturalizm” mövzusunda Respublika elmi konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov açıb. Azərbaycan Pespublikası Prezidentinin Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsininin müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Fəlsəfə və Sosial Psixologiya kafedrasının müdiri professor Etibar Nəcəfov “Azərbaycançılıq milli ideyasının inkişaf mərhələləri”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov Azərbaycan multikulturalizminin siyasi və hüquqi əsasları”, Azərbaycan Dillər Universitetinin Multikulturalizm Elmi – Tədqiqat laboratoriyasının müdiri, dosent İrina Kunina Multikulturalizm və interkulturalizm”, AMEA-nın Hüquq və İnsan  Haqları İnstitutunun Beynəlxalq münasibətlər və insan hüquqları şöbəsinin müdiri,dosent Elşad Mirbəşiroğlu Ümummilli lider Heydər Əliyev və Azərbaycanda multikulturalizm siyasətinin formalaşması”, DİA-nın Fəlsəfə və Sosial Psixologiya kafedrasınındosenti Sakit Əliyev Multikulturalizm Azərbaycançılıq ideologiyasının tərkib hissəsi kimi”, AMEA-nın Fəlsəfə İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin böyük elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru Radif Mustafayev “Azərbaycan Xalq Cümhuriyyətində millət anlayışının müasir dövr azərbaycançılıq ideologiyasında davamı” və DİA-nın Fəlsəfə və Sosial Psixologiya kafedrasınındosent əvəzi Cahangir Cahangirli “Azərbaycanda dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsində multikulturalizm siyasətinin əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış ediblər.