preloader-matrix

Dia.edu.az

“Azərbaycanın hüquq tarixi” adlı dərslik çap edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası “Hüquq” kafedrasının dosenti Rahib Əkbərovun “Azərbaycanın hüquq tarixi” adlı dərsliyi çap edilib. Oxucuların mühakiməsinə təqdim edilən “Azərbaycanın hüquq tarixi”  kitabı  Azərbaycanın qədim dövlətçilik ənənələri və hüquq institutları  barədə geniş məlumat verir.

Azərbaycanın hüquq tarixi, xalqımızın və onun çoxəsrilik  dövlətçiliyinin ayrılmaz tərkib hissəsidir. Kitabda təqdim edilmiş mövzularda dövlətəqədərki cəmiyyətdən başlayaraq XXI əsrin əvvəlləri də, daxil olmaqla Azərbaycan ərazisində təşəkkül tapmış dövlətlərin ictimai quruluşları, idarəçilik təsisatları, hüquq mənbələri və hüquq sahələrinin inkişaf tarixi araşdırılmışdir. Dərslik kimi nəzərdə tutulan kitabdan ali məktəb tələbələri, müəllimlər, elmi işçilər, dövlət qulluqçuları, habelə bu sahə ilə maraqlanan oxucular istifadə edə bilərlər.