preloader-matrix

Dia.edu.az

Bərdədə və Gəncədə “Azərbaycanın innovativ inkişafı” mövzusunda seminar keçirilib
May 25 , 2016 – 12:59

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bərdə rayon və Gəncə şəhər İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Bərdə və Gəncədə “Azərbaycanın innovativ inkişafı” mövzusunda seminar keçirilib.

Tədbirdə “ASAN xidmət” və İcra Hakimiyyətlərinin işçi heyəti iştirak edib.

Seminarı Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov, Siyasi araşdırmalar institutunun direktoru, Milli Məclisin deputatı Elman Nəsirov, Elmi-Təşkilat şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, Rəcəb Rəhimli aparıblar.

Qeyd edək ki, 2013-cü il yanvarın 31-də Dövlət İdarəçilik Akademiyası ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu günə kimi memorandum sayəsində “İnnovativ idarəetmə görüşü”, “İ-club”, müxtəlif layihə və tədbirlər həyata keçirilib. Baş tutan seminar isə bu əməkdaşlığın daha da genişləndirilməsi məqsədi daşıyır.