preloader-matrix

Dia.edu.az

Beynəlxalq Yer Gününə həsr olunmuş mühazirə dinlənilmişdir
May 04 , 2016 – 11:34

Aprel 29-da Bakı şəhəri Yasamal rayon 60 saylı orta məktəbin kollektivi və yuxarı sinif şagirdlərinə  Beynəlxalq “Yer Günü”nə həsr olunmuş mühazirə təşkil olunmuşdur.

Məktəblilərin qarşısında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati İdarəetmə” fakültəsinin dekanı professor Çingiz İsmayılov və gənc mütəxəssis Nicat Əhmədov ətraf mühitin mühafizəsinə dair mühazirə, slaydlar və video görüntü ilə çıxış etmişdirlər.

Təqdim olunan materiallarda “Beynəlxalq Yer günü”nün dünyada qeyd olunması və yaranma tarixi haqqında şagirdlər məlumatlandırılmışdır.

Çıxışlarda son illərdə  Respublikamızda bu istiqamətdə aparlan tədbirlər haqqında danışaraq hər bir gəncin ətraf mühitin mühafizəsində fəal iştirakının vacib olduğunu bildirmiş, təqdim edilən slaydlar şəhr edilərək dünyada təbii sərvətlərin istifadəsi və mühafizəsinə aid ən vacib məsələlər haqqında qeyd edilmiş, ölkəmizin davamlı inkışafında gələcək nəslin təbii sərvətlərdən səmərəli istifadəsi və mühafəzəsi sahəsində rolunun artmasına diqqət çəkilmişdir. Görüşün sonunda şagirdlər tərəfindən veirilən suallar cavablandırılmışdır.