preloader-matrix

Dia.edu.az

Bu gun əməkdar elm xadimi, tarix elmləri doktoru, professor, 1999-2010 cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru olmuş Seyfəddin Qəndilovun 90 yaşı tamam olur.

Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor, 1999-2010 cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru olmuş Seyfəddin Qəndilovun 26 sentyabr 1930- ci ilde anadan olmuşdur.

Seyfəddin Mirtağı oğlu Qəndilov 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmiş, 1953-1956-cı illərdə aspiranturada təhsilini davam etdirmiş, 1958-ci ildə namizədlik və 1967-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1969-cu ildə professor, sonrakı illərdə “Respublikanın Əməkdar Təbliğatçısı” və “Respublikanın Əməkdar Elm Xadimi” fəxri adlarına layiq görülmüşdür.

Professor Seyfəddin Qəndilov uzun illər tarixçi-politoloq kimi dərin siyasi biliyi, elmi-pedaqoji səriştəsi, təşkilatçılıq qabiliyyəti ilə tanınan mütəxəssis olmuşdur. O, müxtəlif illərdə ali məktəblərdə kafedra müdiri vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin fərmanı  ilə prof. S.Qəndilov 1999-cu il fevralın 19-da Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, 2001-ci il oktyabrın 1-də isə Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü təyin edilmişdir. O, dəfələrlə mötəbər beynəlxalq konfrans və elmi simpoziumlarda Azərbaycanı təmsil etmiş, müxtəlif elmi-metodiki və siyasi problemlərə dair məruzə və mühazirələrlə çıxış etmişdir.S.Qəndilov tanınmış ziyalı və ictimaiyyətçi alim kimi də ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmişdir.

Professor S.Qəndilovun təşkilatçılığı və rəhbərliyi altında kadr hazırlığı istiqamətində mühüm işlər görülmüşdür.

Allah rəhmət eləsin!