preloader-matrix

Dia.edu.az

“Davamlı inkişaf naminə kadr potensialının təkmilləşdirilməsi: Azərbaycan modeli adlı layihə üzrə maarifləndirici tədbir keçirilib
Mart 29 , 2016 – 04:37

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən maliyələşdirilən “Davamlı inkişaf naminə kadr potensialının təkmilləşdirilməsi: Azərbaycan modeli” adlı layihə üzrə 15 mart 2016-cı il tarixində 60 saylı orta məktəbin yuxarı sinif şagirdləri üçün maarifləndirici tədbir keçirilib. Tədbirdə lahiyənin rəhbəri professor Çingiz İsmayılov geniş təqdimatla çıxış etmişdir.

Layihə rəhbəri dünya ölkələrinin inkişaf göstəriciləri, innovativ inkişafa təsir edən amillər, Azərbaycanın davamlı inkişafı mövzuları ətrafında fikir və düşüncələrini bölüşüb. Davamlı inkişaf sahəsində kadr potensialının formalaşması, inkişafın ölkə tarixindən asılılığı və innovativ idarəetmə: dövlət proqramlarının milli proqramlara transformasiyası məsələlərinə toxunmuşdur. Eyni zamanda təqdimatda müasir dünyada, qlobal çağırışların artdığı dövrdə davamlı inkişafın əldə edilməsi üçün görüləcək işlər, qarşıda duran vəzifələr qeyd edilmişdir. Təqdimatda əsas diqqət 2015-ci ilin sentyabr ayının 15-də BMT-nin Davamlı inkişafa həsr olunmuş sammitdə qəbul olunmuş günün gündəliyinə yönəlmişdir. Eyni zamanda şagirdlərə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında növbəti tədris ilində “Davamlı inkişafın idarə edilməsi” ixtisası üzrə ilk tələbə qəbulunun keçirilməsi haqqda məlumat verilmişdir.

Sonra görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı fikir mübadiləsinə əsaslanan müzakirələr aparılıb.