preloader-matrix

Dia.edu.az

DİA-da “28 may-Respublika günü”nə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir
May 27 , 2014 – 11:47

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 28 may–Respublika gününə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Azərbaycanın dövlət himni ilə başlayan elmi-praktik konfrans Akademiyanın rektoru, akademik Urxan Ələkbərov açaraq, akademiyanın professor-müəllim, tələbə və müdavim, eləcə də bütün kollektivini bayram münasibətilə təbrik etdi.

Natiq dövlətçilik salnaməmizin şərəfli tarixi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, az vaxt ərzində süquta uğramasının səbəblərindən danışmış, müstəqilliyin bərpası və qorunub saxlanılması istiqamətində azadlıq mücadiləsi yolunda aparılan mübarizədə baş vermiş hadisələri xatırlatmışdır. Müstəqilliyimizi yenidən bərpa etdiyimiz günlərdə rastlaşdığımız maneələri, təhlükələri xatırladaraq Ümummilli Lider Heydər Əliyevin böyük çətinliklərə baxmayaraq müstəqilliyimizin qorunması istiqamətində apardığı müdrik siyasətdən, həmçinin bugünkü yüksək davamlı inkişafa nail olmağımızın əsaslarını qeyd etmiş, ölkə Prezidenti cənab İlham Əliyevin ölkənin tərəqqisi, xalqın rifahı naminə gördüyü işlərin əhəmiyyətindən söz açmışdır.

Elmi-praktik konfransda “Tarix” kafedrasının müdiri dos. Firdovsiyyə Əhmədova “Azərbaycan Xalq Cumhuriyyəti: uğurlar və perespektivlər”, Tarix” kafedrasının müəllimi dos. Rəna Bayramova “Azərbaycan Xalq Cumhuriyyətinin təhsil siyasəti”, “Dövlət idarəçiliyinin hüquqi tənzimlənməsi” kafedrasının müdiri, dos. Oruc Məmmədov, “Azərbaycan Xalq Cumhuriyyətində dövlət qulluğu münasibətləri”,  DİA-nın İnzibati-idarəetmə fakültəsi I kurs tələbəsi Anar Paşazadə “Azərbaycan Xalq Cumhuriyyətində dövlət idarəçiliyi sistemi” adlı məruzələrlə çıxış edərək 28 may–Respublika gününün qeyd olunmasının vacibliyi, xalqımızın keçirdiyi bayramlar sırasında bu günün böyük önəm kəsb etdiyini, azadlıq mücadiləmizin tarixi şahidi kimi unudulmaz bir səhifə olduğunu qeyd etmişlər.