preloader-matrix

Dia.edu.az

DİA-da Almaniya Federativ Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Herbert Kvelle ilə görüş keçirilib

Noyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Almaniya Federativ Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Herbert Kvelle ilə görüş olmuşdur. Akademiyanın rektor əvəzi, prof. Ə.Abdullayev Almaniya Federativ Respublikası ilə ölkələrimiz arasında hərtərəfli mövcud əlaqələrin inkişafını xüsusi qeyd etmişdir.
Görüşdə Almaniya Federativ Respublikasının bir sıra universitetləri ilə, o cümlədən Şpayer İnzibati Elmlər Universiteti ilə əməkdaşlıq münasibətlətinin qurulması, müxtəlif tədbirlərin, layihələrin həyata keçirilməsi imkanları müzakirə olunmuşdur.