Dia.edu.az

DIA-da Azərvaycan Respublikasının Milli Məclisinin deputatı Arzu Nağıyevlə tələbələrin görüşü

21 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Politicial Scientists” klubunun tələbələrin siyasi maarifləndirilməsi məqsədilə parlamentin deputatları ilə silsilə görüşlər çərçivəsində Azərvaycan Respublikasının Milli Məclisinin deputatı Arzu Nağıyevlə tələbələrin görüşü baş tutmuşdur.
Milli Məclisin üzvü “Regional təhlükəsizlik” mövzusunda interaktiv formada tələbələr qarşısında çıxış etmiş, tələbələri maraqlandıran sualları cavablandırmışdır.
Tədbirdə çıxış edən Dövlət İdarəçilik Akademiyasının ümumi işlər üzrə prorektoru Cəfər Eyvazlı, DİA-nın müşaviri Zaur Məmmədov bu cür görüşlərin əhəmiyyətini vurğulamış, tələbələri asudə vaxtlarını səmərəli və faydalı keçirilməsi üçün öz tövsiyələrini dinləyicilərin diqqətinə çatdırmışdırlar.
Daha sonra millət vəkili , Arzu Nağıyev gənclərə gələcək həyatları və karyera planlanması ilə bağlı öz tövsiyyələrini vermiş və onlara gələcək həyatda uğurlar arzu etmişdir.

Sonda gənclərlə xatirə şəkli çəkilmişdir