preloader-matrix

Dia.edu.az

DİA-da “Dövlətin sosial siyasəti: mahiyyət, prioritetlər və həyata keçirilmə mexanizmləri” istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursu keçirilib
May 18 , 2018 – 10:30

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlətin sosial siyasəti: mahiyyət, prioritetlər və həyata keçirilmə mexanizmləri” istiqaməti üzrəqısamüddətli  ixtisasartırma kursu keçirilib. Kursa dövlət orqanlarında çalışan müvafiq dövlət qulluqçuları cəlb olunub.

Bu istiqamətdə kursun əsas məqsədi Azərbaycan Respublikasında sosial siyasətin əsas istiqamətləri, İnklüziv inkişaf-uğurlu iqtisadi və sosial siyasətin nəticəsi: Azərbaycanın təcrübəsi, Dövlət qulluqçusunun peşə fəaliyyətinin mənəvi-əxlaqi əsasları, Müasir Azərbaycanda sosial siyasətin formalaşması və bu sahədə dövlət siyasətinin aktual məsələləri və s. problemlərlə  bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir mübadiləsinin aparılması olub.

Kurs ərzində “Dövlətin sosial siyasəti: mahiyyət, prioritetlər və həyata keçirilmə mexanizmləri” istiqaməti üzrə – Azərbaycan Respublikası Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimov, Nazirliyin Əmək siyasəti şöbəsinin müdir müavini Əbülfət Məhərrəmov, Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin əmək miqrasiyası sektorunun müdiri Fuad Cabbarov, Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdir müavini Rəna Abdullayeva, Sosial sığorta pensiya siyasəti şöbəsinin müdiri Çingiz Əliyev, Nazirlik yanında Dövlət əmək müfəttişliyi xidmətinin rəisi Fuad Əlizadə, Azərbaycan Respublikasının Təhsil nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin baş məsləhətçisi Elvin Balacanov, DİA-nın dosenti Bayram Haqverdiyev müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər. 

Kursun sonunda Akademiyanın rektoru akademik Urxan Ələkbərov və Akademiyanın Tədris İşləri üzrə I prorektoru professor Əlikram Abdullayev  dinləyicilər qarşısında çıxış etmiş və onlara kursu müvəffəqiyyətlə bitirdiklərinə görə sertifikatlar təqdim edərək gələcək fəaliyyətlərində uğurlar arzu etmişlər.