preloader-matrix

Dia.edu.az

DİA-da “İKT sahəsində əsas istiqamətlər və iş imkanları” mövzusunda seminar keçirilmişdir
Noy 23 , 2015 – 03:37

22 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının fəal tələbə-gəncləri üçün “İKT sahəsində əsas istiqamətlər və iş imkanları” mövzusunda seminar-treninq keçirilmişdir. Tədbiri DİA-nın “İnzibati idarəetmə” fakultəsi və MilliByte MMC şirkəti birgə təşkil etmişlər.

Seminarda “Dövlət idarəçiliyində informasiya texnologiyaları” kafedrasının dosenti Ağamehdi Mehdiəliyev müasir qloballaşma şəraitində ölkənin, informasiya cəmiyyətinin inkişafında informasiya-kommunikasiya texnologiyalarının (İKT) mühüm rolundan danışmışdır. O, respublikamızda elm, təhsil, səhiyyə, iqtisadiyyat və digər sahələrdə İKT-nin tətbiqində müəyyən uğurlar qazanıldığını diqqətə çatdırmışdır.

   Seminar zamanı MilliByte MMC-nin rəhbəri Kərim Tahiroğlu və məruzəçi Tural Nağıyev İKT sahəsində əsas istiqamətlər və iş imkanları haqqında geniş məlumat vermişlər.

Sonda mövzu ilə bağlı müzakirələr aparılmış və tələbələrin sualları cavablandırılmışdır.