preloader-matrix

Dia.edu.az

DİA-da tələbələr üçün seminar keçirilib
Okt 10 , 2018 – 11:17

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Hüquqşünaslıq ixtisasında təhsil alan tələbələr üçün növbəti seminar keçirilib.

Bu dəfəki seminar Rusiya Federasiyası Hökuməti yanında Ali İqtisadiyyat Məktəbinin Elmi Tədqiqat Universitetinin Hüquq fakültəsinin dekanı, Rusiya Federasiyasının Əməkdar hüquqşünası dos. Evgeni Nikolayeviç Salıgin və onun müavini hüquq üzrə fəlsəfə doktoru Fatima Məmmədovanın iştirakı ilə keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hümanitar və sosial məsələlər üzrə prorektoru, h.e.d. prof. Mehdi Abdullayev seminarda qonağı salamlamış, onun haqqında iştirakçılara geniş məlumat vermişdir.

Rusiya Federasiyasının Əməkdar hüquqşünası Evgeni Nikolayeviç Salıgin təmsil etdiyi məktəb haqqında geniş məlumat vermiş, Rusiya hüquq elminin inkişaf trendləri barədə məruzə etmişdir. Daha sonra Dövlət İdarəçilik Akademiyası “Hüquq-I” kafedrasının müdiri h.ü.f.d. dos. Fəxrəddin Nağıyev, müəllimlər Rahib Əkbərov, Araz Qədiməliyev, Leyla Əliyeva, Fəridə Əliyeva, Zaur Məmmədov və digərləri seminarda çıxış edərək öz mülahizələrini bölüşmüşlər. Seminarın sonunda tələbə gəncləri maraqlandıran suallar cavablandırılıb.Sonda qonaqlara Azərbaycan həqiqətlərini əks etdirən disk və kitablar hədiyyə edilmiş, belə tədbirlərin mütəmadi keçirilməsi fikri dəstəklənmişdir.