preloader-matrix

Dia.edu.az

DİA-da TƏLƏBƏLƏRLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR

Sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 2008/2009-cu tədris ilində Akademiyaya daxil olmuş tələbələrlə rektorun görüşü keçirilmişdir. 
Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov tədbiri açaraq, tələbələri qəbul imtahanlarında yüksək bal toplayaraq, şərəfli tələbə adına layiq görülmələri münasibətilə bir daha təbrik etmiş, Ümummilli liderimiz Heydər Əliyevin diqqət və qayğısı ilə yaradılmış Dövlət İdarəçilik Akademiyasının respublikamız üçün idarəçilik sahəsində mütəxəssislər hazırlanmasından ötrü önəmli olduğunu vurğulamış, bu istiqamətdə layiqli kadrlar yetişəcəyinə əmin olduğunu bildirmiş, təməli Heydər Əliyev tərəfindən qoyulmuş bu təhsil ocağının daim inkişaf etdiyini qeyd etmiş, dövlətimizin gənclər siyasətinin həyata
keçməsində ölkəmizdə görülən işlərdən danışmış, möhtərəm Prezidentimiz İlham Əliyevin gənclərimiz qarşısında qoyduğu vəzifələri yerinə yetirmək üçün onlara daim öz üzərlərində işləməyi, daha yüksək göstəricilər əldə etməyi tövsiyə etmiş, bu illər ərzində həm Ümummilli liderimiz Heydər Əliyev, həm də ölkə Prezidenti İlham Əliyev tərəfindən tələbələrin vəziyyətlərinin yaxşılaşdırılması üçün onların təqaüdlərinin artırılmasını, həmçinin qəbul imtahanları zamanı yüksək bal toplayan tələbələr üçün Prezident təqaüdünün ayrılmasını xatırladaraq, bu qayğı və diqqəti yüksək qiymətləndirmiş, gənclərin bu qayğıya cavab olaraq yaxşı oxuyacaqlarına, onların müasir dünyanın tələblərinə uyğun idarəçi kadrlar kimi yetişəcəyinə əmin olduğunu bildirmişdir. Rektor Akademiyada gənclər üçün hərtərəfli şərait yaradıldığını qeyd edərək, tələbələrin Akademi
yanın həyatında yaxından iştirak etmələrinin vacibliyini vurğulamış, bu tədris ilində respublikanın müxtəlif ali məktəblərinə daxil olan 100 nəfər Prezident təqaüdçüsündən 25 nəfərinin məhz DİA-nın tələbəsi olduğunu qeyd etmiş, bu yüksək göstəricini gənclərin seçimi kimi qiymətləndirmişdir. 
İnzibati İdarəetmə fakültəsinin I kurs tələbəsi 660 bal toplamış Dəmirbəyli Tamerlan Elman oğlu Akademiyada təhsil almasından böyük fəxr və qürur duyğusunu öz çıxışında vurğuladı və Akademiya rəhbərliyinə minnətdarlığını bildirdi. 
Sonda prof. Seyfəddin Qəndilov tələbələrə təhsildə və işlərində müvəffəqiyyətlər, ölkəmizin tərəqqisi naminə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

DİA-nın Mətbuat və İnformasiya Xidməti