preloader-matrix

Dia.edu.az

DİA Hüquq Klubu Hüquqi Biliklər üzrə yarışma keçirmişdir
Noy 16 , 2016 – 11:41

Noyabr ayının 16-da Dövlət İdarəçilik Akademiyasının Hüquq Klubunun təşkilatçılığı, İnsan Hüquqları, demokratiya və sülh problemləri üzrə YUNESKO mərkəzinin dəstəyi ilə “12 Noyabr Konstitusiya Günü”nə həsr olunmuş Hüquqi Biliklər üzrə Yarışma həyata keçirilmişdir.

Dövlət İdarəçilik Akademiyasının akt zalında baş tutan tədbirin açılışında DİA-nın Humanitar və sosial məsələlər üzrə prorektoru, dosnt Mehdi Abdullayev, “Hüquq” kafedrasının müdiri, dosnt Fəxrəddin Nağıyev və Həmkarlar İttifaqı Komitəsinin sədri, f.ü.f.d. Yusif Ağayev çıxış etmişlər. 
Daha sonra yarışmaya başlamışdır. 3 mərhələdən ibarət yarışmanın ilk mərhələsində hüquqşünaslıq ixtisası qruplarını təmsil edən 8 komanda, növbəti mərhələdə ən yüksək nəticə göstərmiş 4 komanda, finalda isə 2 komanda öz biliyini ortaya nümayiş etdirmişdir.

Finala çıxmış iki komanda Seniors və Gold Camp komandaları mübarizə aparmışlar. Yarışmanın qalibi isə H 13 / 2 qrupunu təmsil edən Seniors komandası olmuşdur.
Tədbirin sonunda qalib və iştirakçı komandalar təltif edilmişlər.