preloader-matrix

Dia.edu.az

DİA “İqtisadiyyat, İdarəetmə və Marketinq üzrə çoxistiqamətli Elmi Konfransda təmsil olunub
Dek 07 , 2015 – 02:34

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası “Dövlət idarəetməsi və menecment” kafedrasının müdiri prof. X.Hüseynova

4-6 dekabr tarixlərində “Çexiya Texniki Universiteti” və “Akademik Konfranslar Assosiyası”nın təşkilatçılığı ilə Çexiya Respublikasının Praqa şəhərində keçirilən

“İqtisadiyyat, İdarəetmə və Marketinq üzrə çoxistiqamətli Elmi Konfrans”da iştirak etmişdir. Konfransın bölmələrinin birinə rəhbərlik edən prof. X. Hüseynova “Davamlı inkişafın təmin olunmasında və regionun rəqabətqabiliyyətliliyinin artırılmasında proqram-məqsədli tənzimləmə” mövzusunda çıxış etmişdir.