preloader-matrix

Dia.edu.az

DİA-nın dosenti Rəcəb Rəhimlinin məqaləsi “Web of Science” kolleksiyasında

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Elmi Təşkilat və beynəlxalq münasibətlər” şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhimlinin “Performance appraisal of civil servants for human capacity development in Azerbaijan (Azərbaycanda insan potensialının inkişafı naminə dövlət qulluqçularının qiymətləndirilməsi)” məqaləsi  Kubada nəşr olunan “Universidad y Sociedad/ Realidades comparadas en América Latina y Eurasia/ Vol. 12 Núm. 2. 2020.” (https://rus.ucf.edu.cu/index.php/rus/article/view/1546/1556) nüfuzlu elmi jurnalında işıq üzü görüb. Web of Science Core kolleksiyasında indekslənmiş elmi məqalədə fərqli zaman və məkanlarda aktuallıq kəsb edən prioritet məsələ sayılan dövlət qulluğu sisteminin təkmilləşdirilməsi,siyasi və praktiki cəhətdən   əhəmiyyətli olan xidməti fəaliyyətin qiymətləndirilməsi, səmərəli idarəetmənin elementi kimi kadr potensialının qiymətləndirilməsi və bunun əsasında insan potensialının gücləndiriməsi məsələlərindən bəhs olunub, innovativ yanaşmaların tətbiqinin səmərəliliyə təsiri dəyərləndirilib və müvafiq tövsiyyələr müəyyənləşdirilib. Maraqlı müqayisələrin yer aldığı və müasir, keyfiyyətli araşdırma metodlarından istifadə olunan elmi məqalədəki tezislər dövlət qulluqçularının fəaliyyət səmərəliliyinin artırılması baxımından olduqca faydalıdır.