preloader-matrix

Dia.edu.az

Doktorant və dissertantlarının elmi-praktiki konfransının materialları çap edilmişdir
Noy 01 , 2016 – 02:48

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev ideyaları müasir Azərbaycanın uğurlu inkişaf siyasətinin təməlidir” mövzusunda keçirilmiş doktorant və dissertantların elmi-praktiki konfransının materialları çapdan çıxmışdır.

         Nəfis şəkildə tərtib olunmuş topluda doktorant və dissertantların Heydər Əliyevin siyasi fəaliyyətinin müxtəlif sahələrini əhatə edən elmi məqalələləri yer almışdır. Gənc tədqiqatçıların məqalələrində Ulu öndərin zəngin həyat və fəaliyyəti, Azərbaycanın iqtisadi və xarici siyasət strategiyasının əsas istiqamətlərinin müəyyənləşdirilməsi, dövlətin enerji, miqrasiya, ölkədə aparılan qadın siyasəti və gender bərabərliyi sahəsində ideyaları və bu istiqamətdə həyata keçirdiyi ardıcıl və qətiyyətli siyasəti, Heydər Əliyev ideyalarının ölkəmizin bu gün dünyanın mədəniyyət və sivilizasiyalararası dialoq mərkəzlərindən birinə çevrilməsində rolu və bu ideyaların layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti öz əksini tapmışdır.