Luis Ayala
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Böyük Elmi Şurasının 19 dekabr 2014-cü il tarixli qərarı ilə beyxəlxalq əməkdaşlığın inkişafında və möhkəmləndirilməsində mühüm xidmətlərinə görə Sosialist İnternasionalının baş katibi Luis Ayala Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Fəxri Doktoru” seçilmişdir.
Sosialist İnternasionalının müxtəlif regionlar, o cümlədən Cənubi Qafqaz üzrə komitəsi fəaliyyət göstərir. Bu komitə regiondakı problemləri, demokratiyanın vəziyyətini və sosial inkişafı diqqətdə saxlayır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Sosialist İnternasionalının böyük potensialı mövcuddur. Sosialist İnternasionalında 140 ölkəni təmsil edən 170 siyasi partiya birləşmişdir. Bu partiyaların 60-ı öz ölkələrində hakimiyyətdə təmsil olunur. Bu təşkilat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin beynelxalq hüquq normaları çərçivəsində həll edilməsi istiqamətində səylərini əsirgəmir.
Vitautas Landsberqis
Litva və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin möhləmləndirilməsində, ölkələr arasında humanitar əməkdaşlığın dərinləşməsində, o cümlədən Azərbaycan və Avropa Parlamenti arasında əməkdaşlığın genişləndirilməsində göstərdiyi xidmətlərinə görə Avropa Parlamentinin üzvü Vitautas Landsberqis Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi Şurasının 6 aprel 2012-ci il tarixli iclasının qərarı ilə Dövlət İdarəçilik Akademiyasının “Fəxri Doktoru” adına layiq görülmüşdür.
Vitautas Landsberqis bir sıra Avropa ölkələrinin yüksək dövlət mükafatlarına layiq görülüb. O, 30-dan artıq kitabın müəllifidir. Vitautas Landsberqisin bəşəri dəyərləri təblığ edən əsərləri Azərbaycan xalqına doğmadır. Landsberqisin siyasi publisistikasında <<Azərbaycanın faciəsi>> adlı məqaləsi və onun müstəqillik tariximizin qanlı səhifəsinə həsr olunması, onun şəxsiyyətini bizə daha da doğmalaşdırır. Vitautas Landsberqisin dövlət idarəçiliyinə gətirdiyi yeni ümumdemokratik dəyərlər sistemi və onun Azərbaycan-Litva əlaqələrinin möhkəmləndirilməsindəki xidmətləri Azərbaycan xalqı və elmi ictimayyəti tərəfinfən yüksək qiymətləndirilir.
Frensis Qarri
Azərbaycan Respublikasınvə Ümumdünya Əqli Mülkiyyət Təşkilat arasındakı əlaqələrin möhkəmləndirilməsindəki müstəsna xidmətlərinə və dünyada əqli mülkiyyətin qorunmasındakı fəaliyyətinə görə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru cənab Frensis Qarriyə Akademiyanın Elmi Şurasının 15 may 2014-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Fəxri Doktoru adı verilmişdir.
Frensis Qarri bir sıra Avropa ölkələrinin və dünyanın ən nüfuzlu universitetlərinin yüksək mükafatları və fəxri doktoru adları ilə təltif olunmuşdur. O, BMT sistemi rəhbərlərinin Məşvərət Şurasının İdarəetmə məsələləri üzrə yüksək səviyyəli komitəsinin sədri, Cenevrədəki beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqə üzrə Məşvərətçi Komissiyanın üzvü kimi fəaliyyət göstərib, bu gün də peşakar müəllim kimi fəaliyyətini davam etdirir. Azərbaycanda müəllif-hüquq institutunun inkişaf etməsi, əqli mülkiyyətin beynəlxalq qorunma standartlarına uyğunlaşdırılması prosesi bundan sonra da yüksək templərlə aparılacaqdır.
İlir Meta
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Böyük Elmi Şurasının 15 mart 2019-cü il tarixli qərarı ilə Azərbaycan ilə Albaniya arasında elm və təhsil sahəsində əlaqələrin inkişafındakı xidmətlərinə görə Prezident İlir Metaya Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Fəxri Doktoru” adı verilmişdir.
George İvanov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Böyük Elmi Şurasının 11 mart 2016-cı il tarixli qərarı ilə Makedoniya Respublikasının Prezidenti George İvanova Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Fəxri Doktoru” doktoru diplomu, xatirə medalı, mantiya və hədiyyələr təqdim edilib.
Makedoniya dövlətinin başçısı DİA-nın fəxri doktoru adına layiq görülməsindən məmnunluğunu bildirib, bu ali təhsil müəssisəsinin kollektivinə uğurlar arzulayıb. G.İvanov Azərbaycanın sürətli və davamlı inkişaf yolunda olduğunu, ölkəmizin beynəlxalq arenada artan nüfuzunu və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığını xüsusi vurğulayıb.