preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyası əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

  1. Bağırov Zaur Siyavuş oğlu
  2. Bədəlov Tahir Nadir oğlu
  3. Cahangirova Sevil Adilovna
  4. Çinani Sürəyya Ağababa qızı
  5. Əliyev Sakit Hacalı oğlu
  6. Hüseynov Muxtar Şəmsəddin oğlu
  7. Kərimova Mələk Lətif qızı
  8. Qasımova Yelena Vladimirovna
  9. Məmmədova Sədaqət Mahmud qızı

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 aprel 2014-cü il.

***

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası əməkdaşlarına “Əməkdar Müəllim” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aşağıdakı əməkdaşlarına “Əməkdar Müəllim” fəxri adı verilsin:

  1. Ağalarova Şəhla Köçəri qızı
  2. Babayeva Sevil Sultanovna
  3. Əhmədova Firdovsiyə Firdovsi qızı
  4. Quliyev Musa Nizam oğlu
  5. Nağıyev Fəxrəddin Tağı oğlu

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 aprel 2014-cü il.

www.president.az