preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyası Beynəlxalq konfransda təmsil olunub
Noy 17 , 2016 – 11:13

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası “Dövlət idarəetməsi və menecment” kafedrasının müdiri professor Xatirə Hüseynova 7-8 noyabr  2016- cı il tarixində  Böyük Britaniyanın  London  şəhərində Biznes  və  Ticarət Menecmenti  Akademiyasında “Beynəlxalq ticarət və  akademik araşdırmalar” mövzusunda 7–ci beynəlxalq konfransında iştirak etmişdir. Professor X. Hüseynova konfransda “Dövlət sektorunda  idarəetmə qərarlarının qəbulu”  mövzusu ilə plenar  sesiyada  çıxış etmiş, “İqtisadi İnkişaf və artım” bölməsinə moderatorluq etmişdir. Məruzəçi konfranda ən yaxşı  məruzəyə görə mükafatlandırılıb.