preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyası ilə Əmanətlərin Sığortalanması Fondu arasında əməkdaşlıq əlaqələri genişlənir
Mart 09 , 2017 – 10:21

9 mart 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Əmanətlərin Sığortalanması Fondunun birgə təşkilatçılığı ilə tələbələrlə görüş keçirilmişdir. Dövlət İdarəçilik Akademiyasında bu formatda mütəmadi tədbirlər hayata keçirilir. Növbəti belə tədbirlərdən biri Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyi ilə keçirilmişdir. Tədbirin məqsədi Dövlət İdarəçilik Akademiyasında təhsil alan tələbə və magistrların məlumatlandırılması, bu sahə ilə bağlı yeni biliklərin verilməsi və təhsil alanlar üçün gələcəkdə yarana biləcək yeni imkanların qiymətləndirilməsidir.

Daha sonra tələbələrlə görüşən Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Azad Cavadov çıxış edərək, Fondun missiyası barədə geniş məlumat vermişdir. O, qeyd etmişdir ki, əmanətçilərin üzv banklarda olan əmanətlərini sığortalamaqla əmanətçilərə dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək  olmaq, beynəlxalq standartlara cavab verən qanunvericilik bazası və professional komanda ilə əmanətçilərin maddi və mənəvi maraqlarını qorumaq, bank sisteminin stabil inkişafına dəstək vermək əsəs hədəflərimizdəndir. Eyni zamanda Fondun fəaliyyətinin daha da effektiv, çevik qurulması üçün sağlam düçüncəli, bilikli və praktik vərdişləri olan gənc kadrlarla əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.     

Görüşdə Dövlət İdarəçilik Akademiyasının Humanitar və Sosial məsələlər üzrə prorektoru, dosent Mehdi Abdullayev, “Hüquq” kafedrasının müdiri, dosent Fəxrəddin Nağıyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti   cənab İlham Əliyevin Fərmanına əsasən Əmanətlərin Sığortalanması Fondu yaradılmasının əhəmiyyəti barədə danışmış, Əmanətlərin Sığortalanması Fondunun yaradılmasının məqsədinin bankların ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən  əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, Azərbaycan Respublikasında maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etmək kimi lazimi fəaliyyəti həyata keçirildiyini bildirmişlər.

Daha sonra Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Azad Cavadov tələbələrin çoxsaylı sualları cavablandırılmış, onların fikirlərini dinləmişdir.