preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyası onlayn video konfransda iştirak etmişdir

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitənin birgə onlayn video konfranslar təşkil edilmişdir.

Xarici ölkələr üzrə təşkil olunmuş onlayn video konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov “Azərbaycan Respublikasının davamlı inklüziv inkişafın idarəedilməsi sahəsində dünya liderliyini təmin edən innovativ dövlət idarəçiliyi texnologiyaları” mövzusunda məruzə ilə çıxış etmişdir.

 Növbəti onlayn video konfransda İsveçrənin Friburq Universitetinin Beynəlxalq hüquq bölümünün tədqiqatçısı Ramil Dursunov “Sosial sistemlər nəzəriyyəsinə giriş”, Şimali Karolina Universitetinin Konfliktologiya bölməsinin direktoru, Amerika Azərbaycan Alimləri şəbəkəsinin direktoru Əli Əskərov “İqtisadi inkişaf və dövlət quruculuğunda neftin rolu” mövzusunda məruzə ilə çıxış etmişlər.

Onlayn konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  tələbələri  aktiv iştirak etmişlər.