preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyası Silahlı Qüvvələrin Yardım Fonduna 30 min manat vəsait köçürüb

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Silahlı Qüvvələrinin Yardım Fonduna 30 min manat vəsait köçürüb.

Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə peşəsindən asılı olmayaraq hər bir vətəndaşın və qurumun üzərinə böyük məsuliyyət düşür. Cəbhədə torpaqlarımızın azad olunması uğrunda tarix yazan mərd oğullarımıza, gedən döyüşlərdə ordumuza dəstək olmaq DİA kollektivinin üzərlərinə düşən şərəfli məsuliyyətidir.